Qartalın təşəkkürü

Qartalın təşəkkürü
Sevgi Dünyası
10.09.2017 82
Bir qartal tələyə düşmüşdü.Qanad çalır,çırpınır,tələdən canını qurtarmağa çalışırdı. Yaşlı bir kişi onun bu halını görcək ürəyi yandı. " Yəqin , onun da balaları var", _ deyə düşündü və qartalı tələdən xilas etdi. Qartal qanad çalıb uçdu.Bir neçə gün keçdi.Yaşlı kişi köhnə bir evin kölgəsində oturub dincini alırdı.

Göydə uçan qartal uzaqdan xilaskarını görüb tanıdı.Uça-uça kişinin papağını başından götürüb həmin yerdən uzaqlaşdı.Kişi qartalın dalınca qaçmağa başladı.Düzənliyə çatanda qartal papağı yerə atdı.Elə bu zaman yer-göy titrədi,zəlzələ baş verdi.Kişi əvvəlcə qorxdu.Sonra özünə gəlib papağını yerdən götürdü və dincəldiyi yerə qayıtdı.Nə görsə yaxşıdır? Ev uçub dağılmışdı,daş daş üstə qalmamışdı.Kişi başa düşdü ki,bu qartal vaxtilə xilas etdiyi quşdur.İndi yaxşılığının əvəzini çıxdı.



Əziz xanımlar, bəs siz necə, kiməsə yaxşılıq edib, əvəzini görmüsünüzmü?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!