Xoşbəxt sevgi münasibəti üçün bu şərtlərə əməl edin - Tövsiyə

Xoşbəxt sevgi münasibəti üçün bu şərtlərə əməl edin - Tövsiyə
Sevgi Dünyası
10.09.2017 9
Həm aşiq, həm də xoşbəxt ola bilərsiz. Əlbəttə, bəzi şərtləri yerinə yetirə bilsəniz.



Qüsursuzu axtarmayın

Dünyadakı hər kəs yanında gəzməkdən qürur duya biləcəyi birilə bərabər olmaq istəyir. Ancaq heç kəs mükəmməl deyil, hərənin bir qüsuru var. Qəbul edin, elə sizin də! Ona görə sevdiyinizi sizinlə ayaqlaşmayan fiziki, şəxsi özəlliklərinə görə tənqid etməyin. Əgər sevirsinizə, birlikdə yaxşı vaxt keçirirsizsə, ətrafdakıların dediklərinə fikir verməyin.



Səbr, səbr, səbr

Bizlər qarşı cinsdən çox şey gözləyirik, ancaq səbirli olmasaq alınmaz. Daha münasibətin başında "səni sevirəm” kəlməsini çox eşitmək, daha çox diqqət görmək istəyirik. Onu sıxışdırmayın, səbirli olun.



Münasibətdə güvən əsasdır

Əgər sevgilinizin sizi aldadıb aldatmadığını düşünür, həmişə zəng edib nə etdiyini, harda olduğunu soruşursuzsa, sevginizi heç nədən bitirə bilərsiz. Ona güvənməyi öyrənməlisiz.



Rol oynamayın

Sizi bəyənməsi üçün rol oynamayın. Sevdiyi hər şeyi sevmək məcburiyyətində deyilsiz. Kim hər dediyinə "mən də”, "məncə də”  deyən birilə birlikdə olmaq istəyər ki?!



Bəzən şərhə ehtiyac qalmaz

İnsan bəzən maraqlanan, bəzən laqeyd, bəzən sevimli, bəzən qəzəbli ola bilər. Bəzən etdiklərinin səbəbini izah edə bilməzlər. O zaman niyə belə etdiyini həll etmək üçün vaxt itirəsiz ki?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!