Hər işdə bir xeyir var

Hər işdə bir xeyir var
Sevgi Dünyası
10.09.2017 19
Bir gün okeanda bir gəmi qəzaya düşərək batır. Gəmidən sağ xilas olan adamı, dalğalar kiçik, kimsəsiz bir adaya qədər sürüyür.



Adam adada özünə kiçik bir sığınacaq tikir. Bir gün şirin su gətirmək üçün yürüyüşə çıxdı və geri döndüyündə daxmasının alovlar içində yandığını gördü. Tüstü göyə yüksəlirdi. Başına gələ biləcək ən pis şey idi bu. Hər şey bu qədər pis ikən bir də daxmasının yanması...



İndi bu kimsəsiz adada, başını soxa biləcəyi bir daxma belə qalmamışdı. Qurtuluşu üçün o qədər dua etdiyi halda, başına bu hadisə gəldiyi üçün ALLAHa üsyan etdi.

Ertəsi səhər erkən saatlarda, adaya yaxınlaşmaqda olan bir gəminin fit səsiylə oyandı!

Əldən düşmüş adam özünü qurtaranlardan soruşdu:



"Mənim burada olduğumu necə anladınız?"

Cavab onu həm çaşdırdı, həm də utandırdı:

"Tüstülə verdiyiniz işarəni gördük!"



Bəzən başımıza gələn pis hadisələr belə yaxşılığa doğru ola bilər.Hər işdə bir xeyir var..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!