Səni sevmək bilirsənmi nədir?

Səni sevmək bilirsənmi nədir?
Sevgi Dünyası
10.09.2017 25
Sən...

Olmadiq yerdən həyatıma gəldin özüm də bilmədən.Səni ilk gördüyüm andan bəri çıxmadın ağlımdan...

Səni sevmək bilirsənmi nədir?

Adını eşitdiyimdə əllərimin titrəməsidir.

Gözlərinə baxanda nəbzimin tez-tez döyünməsidir.

Səni sevmək hər gün səndən ayrı rəsminə baxıb sevdiyin mahnını dinləməkdir.

Səni sevmək ağrıdır.Amma mən bu ağrıdan qaça bilmirəm..Elə bir ağrıdır ki sanki boğazımda düyünlənib nə isə.nəfəs almaq çətin,hər nəfəs aldıqda mədə yanğısını hiss edirəm hər gün.

Səni sevmək aşkarca ağlaya bilməməkdir.

Səni sevmək hər gün bura girib öz bürcümü oxuyanda sənin də bürcünü oxumaqdır.Əgər yaxşı şey yazılmayıbsa gün boyu sənin üçün narahat olmaqdır səni sevmək.

Ən pisi bilirsən nədir?sənin bunların heç birindən xəbərin yoxdur.Deyə bilmərəm çünki sən mənə o gözlə baxmırsan.

Hər gün keçirsən ağlımın küçələrindən,adam bir salam verər.

Məni nə qədər incitsən də səndən inciyə bilmərəm,yelləncəkdən yıxılan uşaq küsərmi parkdan?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!