GETMEK ISTEYIRSEN, BEHANESIZ GET + MP3

GETMEK ISTEYIRSEN, BEHANESIZ GET + MP3
Sevgi Dünyası
10.09.2017 41
Getmək istəyirsən , bəhanəsiz get, Oyatma mürgülü xatirələri. Səsin həmin səsdir , baxışın ögey, Gedirsən səsin də yad olsun, barı.
 
Sən dəniz qoynuna tullanmış çiçək, Üstünə dalğalar atılacaqdır. Saxta məhəbbətin saxta sənəd tək nə vaxtsa üstündə tutulacaqdır.
 
Demirəm, sən uca bir dağsan, əyil demirəm, əlacım qalıbdır sənə. Nə səndə məhəbbət qara pul dəyil, nə mən dilənçiyəm, əl açım sənə.
 
Döşənim yollar tək ayaqlarına, sənə yalvarım mən, bu mümkün deyil. Qoymaram qəlbim tək vüqarım sına, alçalıb yaşamaq ömür – gün deyil.
 
Getmək istəyirsən, o yol, o da sən, bir cüt göz baxacaq arxanca sənin. Getdinmi, geriyə dönmək istəsən, tikanlı yastığa dönəcək yerin.
 
Getmək istəyirsən nə danış, nə din Yox ol uzaqlartək dumanda, çəndə Nəyimi sevmişdin dəyə bilmədin İndisə yüz eyib görürsən məndə


YUKLE - MP3скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!