Son anda gələn yardım...

Son anda gələn yardım...
Sevgi Dünyası
10.09.2017 34
Qiyamət qopmuşdu. Qeyri-adi bir izdiham vardı. Hər yer insanlarla dolu idi.

Kimisi çaşqın-çaşqın ətrafına baxır, kimiləri yerdə diz çökərək başını əllərinin arasında gizləyirdi.

Sanki ürəyi yerindən çıxacaqdı, soyuq tər basmışdı...

Dünyada ikən qiyamət, sorğu-sual və tərəzi haqda çox şey eşitmişdi....

Ancaq məhşər meydanını belə dəhşətli təsəvvür etmirdi...

Hamını sırayla oraya gətirdilər.Sorğu-sual başlandı.Növbə onunki idi...

Hər suala cavab verdikcə təri sel kimi axırdı.Uzun sürən hesabdan sonra hökm oxundu...

Hökmü eşidəndə dəhşətə gəldi. "Cəhənnəm!"

Qışqırdı: Ola bilməz! Mən ömrüm boyu RƏBBimə itaət etmişəm. Axı mənim yerim "Cənnət"-dir...

Bəs mənim oruclarım, namazlarım, zəkatlarım?!

Birdən 2 mələk gəldi və onu itələyib cəhənnəmə atdılar.O artıq alovun qarsalayıcı istisini üz-gözündə hiss edirdi...

Qəflətən ağsaqqallı, nurani bir qoca peyda oldu. Əlini uzadıb, onu cəhənnəmdən çıxardı.

O, çıxarkən rahat bir nəfəs aldı, üst-başını çırpdı...

RƏBBinə: "Ey RƏBBim! Sən mərhəmətlilərin ən mərhəmətlisisən"- deyə şükür etdi..

Sonra qocadan soruşdu: Sən kimdən?

-Mən sənin namazlarınam..

-Bəs nə üçün əvvəlcədən deyil də, mən cəhənnəmə düşəndən sonra gəldin?

-Yadındamı, sən həmişə məni axıra saxlayırdın?...

Birdən tər içində oyandı, "Çox şükür yuxu imiş"..

Azan oxunurdu, İşa namazını qılmaq üşün ayağa qalxdı...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!