Susacam artıq...

Susacam artıq...
Sevgi Dünyası
10.09.2017 29
Boğazıma qədər yığıldım artıq. Yalan vədlərdən, yalan sevgi sözlərindən, üzümə gülərək yalan vədlər verən insanlardan,verdiyi sözün arxasında dayana bilməyənlərdən bezdim. Bundan sonra nə olacaqsa olsun artıq. Heç bir şeyin dərdində deyiləm. Ölüm belə adiləşib mənim üçün. Eyni hissləri insan nə qədər yaşayar, eyni acını insan nə qədər daşıyar, mən də insanam axı, məgər mənim təmiz sevgiyə sahib olmaga haqqım yoxdu?...Bəzən bütün həyatım bir kino lenti kimi keçir gözümün önündən sıxılıram, bəzən də heç bir şey olmamış kimi baş götürüb getmək istəyirəm kimsənin məni görə bilməyəcəyi yerə. Sanki hər şeydən, hər kəsdən uzaq olsam rahat olacaqmış kimi gəlir mənə. Bəzən ürəyimin yerində bir daş olduğunu düşünürəm,”bu mənəm?” deyirəm. Halbuki birinin dərdi olanda onu ovunduran, dərdinə ortaq olan, üzünü güldürməyə çalışan “Mən” indi özümü ovundurmağa gücüm çatmır. Artıq heç kimin bir kəlmə söz deməsini belə istəmirəm. Çünki heç bir mənası yoxdu. Mənim üçün həyat necə başladısa elə də davam edəcək bunu bilirəm. İstəsəm də dəyişdirə bilmərəm. Əlimdə deyil. Olur da bir gün həyata tam başqa maraqla, tam başqa gözlə baxmağıma səbəb olacaq biri çıxarsa qarşıma o zaman bəlkə mənim üçün də həyat dəyişər. Nə istədim ki mən həyatdan? Sadəcə təmiz sevgi, təmiz vicdanlı insanlar, düzgün vədlər. Məgər yalnış bir şeylərmi istəmişəm? Məgər çox şeymi istədim? Niyə insanın özü kimisi olmur? Niyə hər şeyin düzünü gözlüyərkən yalanla üzləşirsən? Bax bu sualların cavabı tapılanda həyat da dəyişəcək mənim üçün. Bu sualların cavabı da çox çətin tapıla. Ona görə də “mənim üçün həyat necə başladısa elə də davam edəcək” deyirəm. Amma nə etsəm də, nə düşünsəm də tək bildiyim həyat davam edir. Bütün bu çatışmazlıqları qəbul etsəm də etməsəm də həyat öz axarındadır.

[/center]
[center]Bu gündən üzümdə nə xoş təbəssüm, Nə də sevinc, fərəh olmayacaqdır. Məni kölgə kimi güdəcək həsrət, Vüsaldan əlamət qalmayacaqdır...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!