Düşündürücü hekayə

Düşündürücü hekayə
Sevgi Dünyası
10.09.2017 20
Bir gün Sultan Mahmud Qəznəvi dövrünün tanınmış alimlərindən birinin ziyarətinə gedir.

Sultanın gəldiyini görən həmin şəxs yerindən belə tərpənmir, elə oturduğu yerdəcə onunla görüşür və yer göstərir.

Sultan əyləşir və onlar səmimi söhbətə başlayırlar. Bir müddətdən sonra sultan ayağa qalxır və getmək üçün alimdən icazə istəyir.

Alim də qalxır və hörmət əlaməti olaraq onu qapıya qədər yola salır. Sultan soruşur:



— Mən gələndə heç yerindən də tərpənmədin, yola salanda niyə bu qədər zəhmət çəkirsən?



Alim də cavabında deyir:



— Sultan sağ olsun, sən gələndə hər tövründən təkəbbür yağırdı. Gedəndə isə o qədər sadə və təvazökar bir halda bizdən ayrılırsan ki, sənə qarşı bir zərrə qürurlu davranmaq əxlaqa uyğun gəlməz. Qürura qürurla, təvazökarlığa təvazökarlıqla cavab vermək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!