Xəyanəti üzə çıxaran sadə üsul - İşarə barmağı

Xəyanəti üzə çıxaran sadə üsul - İşarə barmağı
Sevgi Dünyası
10.09.2017 45
Qarşı tərəfin xəyanətinin üstünü açmaq üçün kamera, fal və ya digər vasitələrdən istifadə etməyə gərək yoxdur. Bunu sadəcə işarə barmağına baxaraq da müəyyən etmək mümkündür.İngiltərədə aparılan tədqiqatlar xəyanətə meyilliliyin insanda hələ ana bətnində olarkən meydana çıxdığını göstərib.Oksford Universitetinin Təcrübi Psixologiya bölməsinin Nortumbrya Universiteti ilə birgə hazırladığı araşdırma insanların qısa və ya uzunmüddətli münasibətlərə meyilliliyini ortaya qoyub. Tədqiqat əsnasında amerikan və ingilisin sərbəst münasibətlər barədə nə fikirləşdikləri öyrənilib. Nəticə göstərib ki, respondentlərin bəziləri uzun, bəziləri qısa müddətli münasibətləri qurmağa üstünlük verirlər. Araşdırmanın ikinci mərhələsində 1314 ingilis kişi və qadınların sağ əllərinin fotolarına baxılıb, işarə barmağı ilə üzük barmaqlarının ölçü nisbəti müəyyən olunub. Belə ki, işarə barmağı üzük barmağına nisbətən uzun olanlar ana bətnində testesterona daha az məruz qaldıqlarından daha sədaqətli olurlar. Oksford Universitetinin professoru Robin Dunbar bu nisbəti təmin edən fərqin cüzi olduğunu bildirib. "İnsanın xarakterinə təsir edən ətraf mühit və həyat tərzi kimi müxtəlif faktorlar var. Ana bətnində baş verənlər isə ikili münasibətlər də daxil olmaqla bir çox məsələlərə təsir edir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!