Qəzavət - Hiyləgər qadının məkri

Qəzavət - Hiyləgər qadının məkri
Sevgi Dünyası
10.09.2017 7
Fitnə əhli olan bir qadın ənsardan olan təqvalı bir cavana vurulmuşdu.
Ancaq nə qədər çalışırdısa onu özünə cəlb edə bilmirdi. Buna görə də
ondan intiqam almaq fikrinə düşdü. Toyuq yumurtasını sındırıb onun ağını
paltarının iki budlarının arasındakı yerinə sürtdü və o cavanı müttəhim
etdi. Onu Ömərin yanına aparıb dedi: – Ey xəlifə! Bu oğlan məni rüsvay
etmişdir!



Ömər ənsardan olan cavanı cəzalandırmaq qərarına gəlir, amma o «mən heç
vaxt zinaya mürtəkib olmamışam»-deyə and içir, Ömərdən onun işində daha
artıq diqqətli olmasını istəyirdi. Təsadüfən Əli (ə.s) da orada idi.
Ömər ona dedi: – Ya Əli! Bu barədə sizin nəzəriniz nədir?



Əli (ə.s) qadının paltarındakı ağlığa diqqətlə baxıb məsələnin nə yerdə
olduğunu başa düşdü və buyurdu: – «O paltarın üstünə qaynar su tökün.»
Suyu tökdükdən sonra o ağlar (bişib) bərkidi. İmam (ə.s) orada olanları
başa salmaq üçün bərkimiş yumurtadan bir qədər götürüb ağzına qoydu.
Daddıqdan sonra çölə atdı. Sonra qadını məzəmmət etdi. Nəhayət qadın öz
günahını e`tiraf etdi və bu yolla da onun hiyləgər məqsədi aşkar oldu.
Bununla da ənsardan olan o kişi Ömərin cəzasından xilas oldu.



***



Başqa bir qadın da yumurtanın ağı ilə öz günüsünün yorğan-döşəyini
bulaşdırdı və ərinə dedi: – «Başqa bir kişi onunla yaxınlıq etmişdir!»



Hadisəni Ömərə xəbər verdikdə dərhal onu cəzalandırmaq istədi. Əli
(ə.s) «Qaynar su gətirin!» - deyə əmr etdi. Su gətirdilər. Əli (ə.s)
suyun bir miqdarının o ağ yerin üstünə tökülməsini əmr etdi. Suyu
tökdülər. Yumurtanın ağı dərhal (bişib) bərkidi. Həzrəti Əli (ə.s)
paltarı qadının yanına atdı və buyurdu: – Bu, siz qadınların
hiylələridir. Sizin məkriniz çoxdur! (Sonra onun ərinə buyurdu:)
Arvadını saxla. Çünki bu iş sənin o biri arvadının vurduğu töhmətdir.
Sonra buyurdu ki, töhmət vuran qadına «iftira həddi» vursunlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!