Firon və şeytan

Firon və şeytan
Sevgi Dünyası
10.09.2017 20
Fironun fironluğu zamanında Misir əhalisindən biri üzüm salxımını
götürüb Fironun görüşünə gedir. Fironla görüşüb ondan xahiş edərək belə
deyir:



– Sən ki, bizim Allahımızsan, al bu üzüm salxımını mənim üçün daş-qaşa çevir, tainki öz borclarımı ödəyim.



Firon üzüm salxımını alıb onu necə daş-qaşa döndərməsi üçün dərin bir
fikirlə öz otağına daxil olur. Bu mühüm olan işin qarşısında özünü aciz
bilən vaxtda şeytan insan surətində gəlib Fironun qapısını döyməyə
başlayır.



Firon soruşur:



– Qapını döyən kimdir?



Şeytan qapı arxasından belə deyir:



– Kül olsun başına. Necə olur Allahlıq iddiasını edirsən, amma bilmirsən qapını döyən kimdir?!



Sonra içəri daxil olub üzüm salxımını Firondan alıb Allahın mübarək ismi
əzəmindən üzüm salxımına oxuyur. Üzüm Allahın mübarək adına görə,
Allahın izni ilə cəvahirə çevrilir.



Şeytan Firona belə deyir:



– Ay Firon! Bu elmə sahib olduğum halda Allahlıq iddiasını etmədim.
Sən isə nadan, cahil bir adam olduğun halda necə Allahlıq iddiasını edib
deyirsən: "Həqiqətən, mən sizin ən uca olan Allahınızam.”



Firon şeytanın bu sözündən heyrətlənib şeytandan soruşur:



– Sənin ki, Allahın varlığına elmin olduğu halda Adəmə nə üçün səcdə etməyib Allah dərgahından qovuldun?



Şeytan belə cavab verir:



– Ona görə səcdə etmədim ki, bilirdim Adəmin nəslindən sənin kimi pis,
şərafətsiz, ünsürlü cahillər dünyaya gələcək və mənim bir işarəmlə
hesabsız günahlar edib Allaha ibadət etməyəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!