Alimlə qayıqçının söhbəti

Alimlə qayıqçının söhbəti
Sevgi Dünyası
10.09.2017 6
Bir alim öz istirahət günlərini dəniz kənarında keçirirdi. Günlərin bir
günü dənizdə gəzmək üçün bir qayığı kirayə götürdü. Gəzinti zamanı
qayıqçıdan soruşdu:



– Dostum, sənin fizikadan başın çıxır?



Qayıqçı cavab verdi: – Xeyr cənab, başım çıxmır.



Alim dedi: – Necə də bədbəxt adamsan, fizikanı bilməyən hər kəs ömrünün üçdə birini bada verib.



Bir qədər gəzdikdən sonra alim yenə qayıqçıdan soruşdu: – Qardaş, yaxşı bəs astronomiya elmindən necə, bir şey bilirsən?



Qayıqçı: Yox, ondan da heç nə bilmirəm.



Alim: Ah qardaşım, sən həqiqətən də bədbəxt insansan, çünki astronomiya
elmini bilməyən insan ömrünün üçdə ikisini yelə veribdir.



Elə bu zaman güclü külək əsib qayığı çevirdi. Bu dəfə qayıqçı alimdən soruşdu: – Cənab, siz üzə bilirsiniz?



Alim cavab verdi: – Yox, təəssüflər olsun ki, üzə bilmirəm.



Qayıqçı: – Elə isə məndən möhkəm yapış, yoxsa ömrünün üçdə üçü də yelə gedəcək!



Nəticə: Sahib olduğunuz heç nə Sizi lovğalandırmasın! Bəzən elə
şəxslərin işi elə şəxslərin vasitəsilə yoluna qoyulur ki, onlar
cəmiyyətin ən sadə nümayəndələri kimi tanınmışdır. Sadəlik və
təvazökarlıq ən ali gözəllikdir!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!