Bu şəhərdə sənə sarılmaq istəyən biri var...

Bu şəhərdə sənə sarılmaq istəyən biri var...
Sevgi Dünyası
10.09.2017 5
Hələ də qəlbin varkən, sevsən bir az?



Bu şəhərdə sənə sarılmaq istəyən biri var.. Bil istədim..



Həmişə o küçə başında gözləyərdik bir-birimizi...

Nə vaxt o küçə yaxınlığından keçsəm, seyr edirəm ikimizi...



Ruhuma özümü anladıram bəzən.. Çıxıb getmək istəyir bədənimdən..



Bir kağıza "sənsizlik" yazdım, çox xoşuma gəlir, çünki sənsizlik belə "sən"lə başlayır..



Susmağa gedirəm, birazdan qayıdaram..



Ardından "kaş ki" demədim deyə "yaxşı ki" dediyimi də düşünmə..

Varla yox arasında olan birinə nə deyilə bilər ki?..



Dilədiyin qədər uzağa get, həmişə eyni göy üzünü paylaşacağıq..



Gerçəyi üzümə söyləyərək məni incit, amma əsla bir yalanla yaxşı hiss etməyimə çalışma..



"Amma" qədər qatil bir kəlmə yoxdur.. Özündən əvvəl gələn hər cümləni öldürür..

 "Səni sevirəm..amma" bax, bu da bir cinayət!..



Düşdüyümüz quyular sandığımız qədər dibsiz deyil əslində, tutmağa çalışdığımız iplər çox qısadır..



Dəyməyəcək insanlar üçün əlinizdə tutduğunuz hirs isti bir kömürə bənzər..

Yanan sizsiniz.. O zaman, atın getsin!..



Göydə axtararkən yerdə tapdığım olmadı heç...

Amma yerdə tapıb da, göylərə çıxardıqlarım çoxdur..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!