"Heyvan"da olsa,keçirtdiyi "həyat tərzi" bəzi "Kişi"lərə örnəkdir

Sevgi Dünyası
10.09.2017 40
Onların baxışlarından "heyvanlığa" xas olmayan zəka süzülür. Yırtıcıdırlar, vəhşidirlər, ancaq təhrik edilmədikləri halda insanlara dişlərini qıcatmazlar. Qurdların əhliləşməklə araları yoxdur, azadlıqlarına çox bağlıdırlar. Ən hündür zirvələrə çıxmağı və ordan ətrafa nəzarət etməyi çox sevirlər. "Mərdlik" sözü onları ən yaxşı xarakterizə edən sözdür. Onlar azadlığın, hürriyyətin, cəsarətin, qəhrəmanlığın və çevikliyin simvoludurlar.

 

Erkək qurdlar əksər kişilərə örnək ola biləcək bir həyat tərzi yaşayırlar. Onlar ömürlərində yalnız bir dəfə bir dişi ilə cütləşər, bizim təbirimizcə desək, ailə qurar və həyatlarının sonunacan öz dişisinə sadiq qalarlar. Dişinin hər hansı bir səbəbdən öldüyü zaman isə erkək qurd dağlara çəkilər və yalquzaq həyatı yaşayaraq ölər. Əgər balaları varsa, onlara analarının yoxluğunu hiss elətdirməmək üçün hər şeyi edərlər. Məsələn, ananın etdiyi kimi balalarını yedirər, balalar yatarkən onları qarnının altında alaraq qucaqlayar, bərabər gəzməyə çıxar...

 

Bir gün qoca hindu nəvəsinə həyat həqiqətini açdı..



Hər bir insanın daxilində iki canavarın mübarizəsinə bənzər mübarizə gedir ...Canavarlardan biri paxıllıq, qısqanclıq, təəssüf, eqoizm, ambisiya, yalanı təmsil edir ... O biri canavar isə sülh, məhəbbət, ümid, həqiqət, xeyirxaxlıq, sadiqliyi təmsil edir...Babasının sözlərindən təsirlənən nəvə bir anlıq fikrə gedib, sonra da babasından soruşur:

Bəs sonda canavarların hansı qalib gəlir?

Qoca hindu gülümsəyərək cavab verir:

Həmişə sonda sənin yemlədiyin canavar qalib gəlir...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!