Uşaqlığın tanrısı

Uşaqlığın tanrısı
Sevgi Dünyası
10.09.2017 9
Qapının səsi otaqda vahiməni daha da artırırdı...Bayırda soyuq külək vıyıltısı

Və tənhalığın müthiş ehtirası gəlirdi bir kiçik fonda zərif
melodiya...və külqabısı dolu Siqaret...bu gün hər şeyi silib
düşünürdü...Dəyərli nə var??

Bakının günəşi otağa işıq verib Qocanın ruhuna toxunurdu qocanın ağlında bir şey var idi Dəyərli nə var ki??Dost pul ailə??

Səmimi qəlblər həmişə daha həssas olur və daha çox çəkilir dar
ağacına...Qəddar olmaq üçün nə lazım idi ki??Bəlkə biz gedəcəyik və
illər sonra qayıdanda.......nə isə bilmirəm...

Qoca ətrafına baxıb bir şeyi düşünürdü mən güclüyəm yoxsa zəif..?Dəyərli
birimi bunu edər yoxsa nəyi ??bilmirəm yenə növbəti siqareti söndürüb
külqabida əzdi ..və deyinə deyinə səndə axirda Bir toz dənəciyi
olacaqsAN Napaleon...

Piano arxasinda...Lunnaya sonra rekviem çalinir və qocanın düşüncələri
birə beş artırdı mən kiməm lənətlənmiş ya müqəddəs insan??

Tanri varmı cənnət cəhənnəm alın yazisi altinda olan uydurmamı
yoxsa???bizim iradəmiz varmı??yoxsa biz sadəcə bir oyunca ...76 yaşlı
bir oyuncağammı mən.....Bilmirəm...Həyata uzaqdan baxanda necə sakit
axarla keçdiyini cavanlıqda heçnə edə bilmədiyini və sonda bir dahimi
yoxsa bir cahilmi qocamı yoxsa oyuncaqmı anlamırsan...Qocalar niyə
ağlayır????

Kitab rəflərində olan toz basmış kitablar biz bunu oxuduq hə qoca??bir
işə yaradımı heç olmasa yoxsa sadəcə oxumaq yaxşıdır deyib
oxuduq...bilmədim ki qoca

......bir psixoloq var idi...qocaya qarşı marağı olan ...və qocanı
anlayan bir iki insanda biri...ən əsası çox danışmazdı həkim...Vaxt
keçdikcə qocanı daha yaxşı anlayırdı...bir sual qalmışdı həkimin
beynində...Qoca hər dəfə soruşurdu..



---Həkim xoşbəxtsənmi??



Həkim əvvəllər bu sualı eşidəndə gözlərini qaçırardı....nə yalandan
yaxşıyam,xəşbəxtəm demək istiyərdi...nə də bunu üzə çıxarmaq...Ama indi
başqaydı...baxışlarındakı qətiyyət,gülüşündəki təbiilik,düşüncələrindəki
pozitivlik....onun bütün jest,mimika – bədən dili xoşbəxtliyinə işarə
idi...təkcə bir şey vardı : gözlədiyi...Gözləməkdən heç
usanmadığı...qocanın bilmədiyi....Gözləri hər uzağa daldıqca bir
şeyləri...birini gətirirdi sanki...



----- Qoca..nolub yenə gözlərin divara zillənib....yenə nə düşünürsən?



Bilirsən ...həkim...bizdən başqa varliqlarda var...mən ona inanıram
hərdən elə olur ki məsələn birir dostunu düşünür...və həmin anda dostu
ona zəng edir və yaxudda qapini döyür..qəbul olunmayan qanunlar daha çox
güclüdü...Dünya sadə deyil həkim ..sadə olsaydi Onu Tanri idarə
etməzdi....onlar nə mələkdi nə şeytan bilmirəm ..ama bilirəm ki var...



---- Bu yaşa qədər çox şey görmüsən...çox şeyin şahidi olmusan...hərə
sevgini bir cür təsvir edir...səncə sevginin mayası
nədi?....bağlılıq,ehtiras yoxsa hörmət....ilk yoxsa son olmaq önəmlidi
sevgidə?...səndə iz qoyan hansıdı?



Yox elədə çox görməmişəm..hələ görmədiklərim dəfələrlə çoxdu..bu sevgi
çox qəribə bir şeydi...mən inanmıram ki cənnət və yaxudda cəhhənnəm var
bir qizin zorlanması elə qiz üçün ən böyük cəhənnəmdi...və yaxudda bir
qadının ana olmağı elə cənnətdi...və həmin uşağın meyidin görmək ana
üçün ən böyük cəhənnəmdə...yəni insanın daxilində olan yanğı daha
güclüdü...Sevgidə elədi..mənim üçün sevgi yox həsrət yadda qalib ..çünki
həsrət daha çox yandirir adamı...ona çata bilməmək var...Sevib xoşbəxt
olanlar çox azdı ...birini nə qədə çox sevirsən sə deməli sən
sevilmirsən..əlbəttə ehtirasda olmalidi....ehtiras daha uzun vı güclüdü
sevgidən...sevgidən ehtiras doğar...ehtirasin nəticəsində dünya
əhalisi....



---- 21-ci əsrin gəncləri...darbalaq şalvar,yalın ayağa makasin...dəbə
ayaq uyduran "kişilər”....soyunmağı avropalaşma sanan qızlar....siz
qocaların diliylə desək "zəmanə uşaqları”na baxış mövqeyin...bunun sonu
hara gedir...



Bunun sonun özləri bilir)))döyüşün ortasında Koroğlu ozanı götürüb mahnı
oxuyursa...yəqin indinin koroğlularıda..sərhəd bölgəsində müharibə gedə
gedə selfie zad çəkdirir...dəyişən bir şey yoxdur....sadəcə texnologiya
inkişaf edir....Yəni bu nə Da Vinçinin günahidi , nədəki Lev
Tolstoyun...Təkəbbür yixdi evimizi..



---- ....yaşın üstə yaş gəldikcə...İllərin tozu üzərinə
hopduqca...səndən bir şeylər azalır ya...?qorxudurmu səni
qocalıq?...İndiyə kimi yaşım artdıqca sevinərdim...axı
"böyüyürdüm”...böyümək yaşla deyil...yaşadıqların nə qədər ağırlaşarsa o
qədər böyüyərsən...mən 5 il öncədən böyümüş imişəm....sonrası yalnız
rəqəmlər dəyişirdi... yaş 20...və mən nəinki böyümək...yaşlandığımı
düşünürəm...20dən sonrası 30a doğru çox sürətlə
irəliləyir...dayanmadan...əsas bu illərdi məncə....bu müddətdə həyatın
üçün,özün və gələcəyin üçün bir şey etdin etdin...yoxsa burax
getsin...bu həyat sənin deyil....



Yoo bir uşaq gəzməyə başlayanda əvvəlcə iməkləyir..sonra yıxılır birinci
yıxılmada ağlayır sonrakılada artıq Gülür))Yəni vecinə olmur...və
yaxudda əlinin bir barmağı qanayır sona üstün qabıq bağlayır ama həmin
hissə o birilərə nisbətən daha bərk olur..həyatin mənası budu..İnsanoğlu
lənətlənmişdi....biz mələk deyilik nəinki şeytan..



---- bir gün öz həyatını yazıya töksən...bir kitab yazsan...adı nə olardı?...həyatını qısaca necə ifadə edərdin...



Bir kitab yazsaydım adın Uşaqlığın Tanısı...qoyardım..çünki uşaq olanda
çox sevirdim çox...ancaq böyüdük...və Tanri əlini üzür bizdən get
gedə..və sonda heç vecinədə olmur kim bizə lazimdi ya yox...verdiyini
tez alır...Biz ki Tanrini çox sevmişdik...heç belə bir şey
yazardım...Bir yaz günündə ağladım və doğuldum...bir qış günüdə öldüm və
ağlatdim...300 il sonra bir toz olub tapdaq altda qaldim...bax budu
insan həyatı hər şey dəyərsizdi....heç nəyin dəyəri yoxdu



---- Tanrıya qarşı üsyanlar....hərçəndki Rəbbim üsyan edənləri
sevmir...çünki insan varlığı hər arzuolunmaz şəraitdə günahı
özündə,ətrafında axtarmaz...



Bizim yaradılmağımız özü belə bir günahdı...bu dünyada nə təbiidirsə o
günahdı...Biz doğulanda Zaradan pencəklə doğulmadıq...çılpaq göndərdi
Tanrı bizi...ama burda brend üzərində qırğin düşdü...mən çox axtarıram
hərdən bu kiçik beynimlə ki Bəs Tanrı hara baxır...çox dərinə
getdikcə...hiss edirəm ki heçnə düzgün deyil..Bəlkədə düzgündü mən
artislik edirəm...Bilmirəm...ancaq nə var nə yoxdusa da ..HƏTTA
DÜŞÜNÜRƏM Kİ BU TANRI BU DÜNYANI UNUDUB ...BƏLKƏDƏ PEŞMAN OLDU Tanrı
bizi yaratmağımıza bəlkədə bu boş boğazlıqdan başqa bir şeyil yəni
bilmirəm qərarsızam..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!