Səni sevirəm

Səni sevirəm
Sevgi Dünyası
10.09.2017 24
Oğlan:— Gülüm, məndən bir şey istə

— Dilə məndən nə dilərsən.

Qız:— Nə istəsəm eləyərsən?

Oğlan:— Eləyərəm, əlbəttə ki,

Bunu məndən istə təki.

Qız:— O zaman sev..., Sadəcə sev məni hər an.

Oğlan:— Sevəcəyəm, buna inan.

Amma, başqa...

Başqa nəsə...?

Qız:— Məni dəyişmə heç kəsə.

Oğlan:— Sən yenə də başladınmı? Gözlərini yaşladınmı?

Axı niyə zənn edirsən

Kiminləsə əyişərəm?!

Mən heç səni,

Mən heç səni dəyişərəm?!

Qız:— Nə deyim, Heç bilmirəm ki,

Həm elə zənn etmirəm ki,

Bu sadəcə bir istəkdi.

Çox qorxuram...

Çox qorxuram bir gün mənə

Biri deyə, "sevdiyin səndən əl çəkdi”.

Bax o zaman yıxılaram.

Oğlan:— Yediyim də, içdiyim də

O gün olsun mənə haram!

Nə qədər ki, sağam, varam

Nə qədər ki, yaşayıram,

Nə qədər ki, bu sevgini ürəyimdə daşıyıram,

Mən heç səni unudaram?!

Qız:— Sən olmasan mən olmaram.

Oğlan:— Mən həmişə səninləyəm.

Tək səni də sevəcəyəm

Can var ikən bu bədəndə.

Qız:— Elə mən də... Elə mən də sevəcəyəm səni hər an.

Oğlan:— Dayan...

Dayan, bu həyatı zamanlara bölməyək biz.

Qız:— Düz deyirsən!

Oğlan:—...Elə sevək, lap sevginin özü kimi ölməyək biz.

Qız:— Səni sevirəm!!!

Oğlan:— Səni sevirəm!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!