Əlvida məktubu!

Əlvida məktubu!
Sevgi Dünyası
10.09.2017 14
Səni nə çox sevdim mən.Nə çox göz yaşı tökdüm sənin üçün. Gecələri sən
yatağında mələklərin qanadlarıyla uçarkən, mən pəncərəmin önündə sənin
röyana girmək üçün dua edirdim.Bir baxışına, bir dodaq titrəyişinə,
gülüşünə çatmaq üçün dünyanın bütün çiçəklərini önünə sərərdim.

 Şerlər, musiqilər, sevgilər içində tutuşan bir atəş kimi yanaraq sənin
üçün kül oldum.Adına yalnızlıq dedim.Sən məni bilmədin.Məni tanımadın.
Məni sevmədin.Bu bir ölümdü, bu bir fərmandı.Yaşamaq mümkün deyil.
Yanlızlıq qaranlıq qapılarıyla üstümə bağlandı.Öz səsim özümdə qaldı,
anladımki məni heç duymayacağsan.

 Sənə nifrət edə bilmərəm, səndən ürəyim qirilmaz əsla, bir tək diləyim var səndən…

 Son bir istəyim, o da xoşbəxt ol, xoşbəxt ol
sevdiyim,bircəciyim,eşqım.Hara, kimə gedirsən get…Yetər ki, sən xoşbəxt
ol. Özünə yaxşı bax. Çünki bundan sonra mən yanında olmayacam. Dünyalar
qədər çox sevdiyim gözlərinə baxa bilməyəcəm. İstəsəm də, istəməsəm də.
Sevdim bir zamanlar səni, yenə sevirəm və bundən sonra da sevəcəm səni.
Bir gün mənə dönməni, yaşanılan, paylaşılan gözəl günlər xətrinə sənə
ürəkdən döndüm deməni gözləyirəm. Kaş ki bələ yaşanmasaydı hər şəy. Kaş
ki, döndərə bilsəydik zamanı geriyə.Getməsən olmazmı? Bitməsək olmazmı?
Səndən qalan boşluq məni məhv etməzmi? Sən həyatıma rəng qatan, həyatımi
mənalandıran, yaşam arzumsan mənim.

 Qoy sənin istədiyin kimi olsun Get. Get ! Amma arxana baxma .Arxana
baxsan özümü saxıaya bilmərəm. Məni tərk etməyin mənim mənəvi ölümümdür.

 Səni unuda bilmək üçün bu şəhərdən çox uzağlara getmək
istəyərəm.Küçələr, parklar səni xatırlatmasın deyə. Amma bir gün də
anlayaram…Anlayaram səndən və bu şəhərdən getmənin faydasızlığını. Çünki
bilirəm hara getsəm, hara qaçsam mənimlə gələcəksən, ya da getdiyim hər
yərdə səndən xatirələr olacaq. Sən unutdun, amma unudulmadın. Mənsə
unudulduğumu bilirəm. Amma unuda bilmirəm. İnan unuda bildiyim gün səni
yenidən və daha çox sevməyə başlayacam. Sevgimiz günəş qədər isti,
hərarətli idi. Bir birizimi necə də sevirdik. Buraxdın birdən-birə
qanadlarım kəsildi. İndi heç bir şeyəm.Məni tərk elədin. Niyə
yaşadiğimi, yaşamdaki mənani unutdum. Məni bu qədər tezmi unutdun?

 Məni tərk etməyəcəkdin, sən mənim olacaqdın, varliğım, ruhum, canim olacaqdın.

 Buna söz vermişdin. Soz…Verdiyin sözü tutmadın. Məni məhv etdiyini düşünmədinmi?

 Sildin həyatındən asanlıqla. Amma mən silmədim. Bacarmadım bunu. Sən
mənim sevdiyim, sevdiciyim olaraq daim ürəyimdə qalacaqsan. O
param-parca elədiyin ürəyimdə…

 Sevinclərim, xəyallarım,ümidlərim,rəngli dünyam Əlvida. Əlvida yaşamaq,
yaşamın anlamı Əlvida. Ey Sevgili, canımın-canı, ürəyimin içi
Əlvida.Hər anı illərə bərabər olan görüşlər, o görüşlərdəki titrək
baxışlar, döyünən qəlblər, çırpınan ürəklər Əlvida.

 Mən bunları yaşarkən bir an da olsa düşündünmü məni? Düşünmə...Düşünmə
məni. Yoxsa o çox sevdiyim ürəyin parçalanar.Unut məni,unut…Amma bu
məktubu yazarkən dəlicəsinə ağladığimi unutma…Əlvida…Əlvida...Əlvida...!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!