Sadəcə Sən (1-ci bölüm)

Sadəcə Sən (1-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 2
Heyatımızı nece yaşayacağımıza biz qerar vere bilmerik çox zaman... Elimizde olan tek şey bize bexş edilen bir heyatı elimizden geldiyince gözel yaşamaqdır... Ancaq bezen elimizden de heç ne gelmir...



Esmin... Uşaqlıqdan üzü gülmeyen Esmin... Ondan soruşsanız bu heyata yeniden gelmek isterdimi? Belke de cavabı xeyr olardı. Uşalıqdan ata-ana qayğısı görmeyen bu balaca qızcığaz nene-babasının himayesinde böyümüşdür. Atası onlardan Esmin 7 aylıq olarken imtina etdikden sonra anası Esmini nenesigilin himayesine vererek işleyib qızına baxırdı. Ancaq Esmin xoşbext deyildi. Öz doğma nenesi, babası onu 'yetim' deye çağırarken Esmin nece xoşbext ola bilerdi? Anası onu pulla temin etse de heç bir qayğı görmürdü bu balaca qız... Bu evin xidmetçisi kimi böyütmüşdü Esmin. Uşaqlıqda çox şey yaşamışdı bu qız artıq 17 yaşında cavan gözel bir qız idi... Yaşıl gözleri, sarı uzun ve ipek kimi saçları ile orta boylu arıq bir qız idi Esmin... Nenesi onu oxumağa da icaze vermemişdi. Her gün Allaha dualar ederdi onu bu ezabdan qutarsın deye. Anası gec de olsa Esminle elaqe saxlayırdı. Atasını ise qohumlarının kömeyi ile axtarıb tapmışdı. Ancaq atası Perviz bey onunla sert reftar etmese bele onunla çox da maraqlanmamışdı. Onunla mecbur elaqe saxladığı Perviz beyin her halından hiss olunurdu. İkinci aile heyatı qurmuş, 2 övladı var idi. Heyat yoldaşı Nise xanım ise eynile Perviz bey kimi reftar edirdi Esmine. İlk defe atasının evine gederken o soyuq abu-havanı hiss etmemek qeyri-mümkün idi.

P: Esmin xoş gelibsen bugün vacib işlerimiz var Elçinin(Perviz beyin oğlu) tedbiri var mektebde ora getmeliyik.

E: eybiyox ata men gederem siz narahat olmayın.

N: bu uşaq hardan gelib tapdı bizi? İşim gücüm qutarıb buna baxacam?

P: Nise sakit ol bir-iki defe gelsin sonra hell ederik sen narahat olma.

N: men bilmirem Perviz gelmesin daha bu eve. Get öz evinde gör onu!



Esmin bütün bunları istemeden eşitmişdi. Heç ne demeden evden çıxıb gedir. Bir daha atası ile elaqe saxlamır. Amma bu yaşananlar onun canını yandırırdı.

E: axı atam nece meni istemeye biler? İnsan övladındam nece imtina ede biler? Men neçe iller sonra onu tapdım evine getdim ancaq o... O meni istemedi. Allahım niye bele oldu? Menim ne günahım var idi? Anamdan atamdan ayrı bir heyat yaşayıram... Hamının yazıq, yetim gözü ile baxdığı bir qızam. Hamı acıyaraq baxır mene...



Esmin sadece anası ile telefonda elaqe saxlayırdı.

E: ana besdir daha gel apar meni burdan dayana bilmirem. Men de gelim işleyim birlikde yaşayaq.

Xatire xanım: Esmin ağlına geleni danışma! Sen hele uşaqsan gönderdiyim pulu xercle otur yerinde! Meni de bezdirme

E: axı ay ana...

X: işim var danışarıq sonra. Nenegile salam de.



Bütün bunlarla birlikde hemçinin uşaqlıqdan onu seven biri var idi...

Tural... Esmingilin uzaqdan qohumu... Esminden 3 yaş böyük idi. Turalın bacısı Ülker ile Esmin çox yaxın idi. Uşaqlıqdan Esmin Ülker ve Tural ile oyunlar oynayardı. Uşaqlığımızın en gözel oyunu olan gizlen-qaç Tural ile Esmini daha da yaxınlaşdırırdı. Esmin o zamanlar hiss etmese bele Tural her fürsetde ona yaxın olmaq üçün can atırdı.

T: demeli burda gizlenibsen Esmin?

E: off Tural yene sen tapdın meni-deyerek dodaqlarını büzür.

T: men seni her zaman her yerde taparam.

E:nece yeni?

T: heç. Get Ülkeri tap.



Belelikle uşaqlıqları artıq geride qalmışdı.



Gözel bir yay günü idi. Bütün qohumlar bir yere yığışmış qonaqlıq teşkil olunmuşdu. Burada tebii ki, Turalın da ailesi var idi. Ülkerle birlikde Aytac da var idi ki, o da Esmine yaxın idi. Hem uzaqdan qohumları, hem de qonşuları idi. Ancaq Esmin bilse idi gelecekde olacaqları ona bu qeder yaxın olmazdı. Esmin artıq böyük olduğu üçün Turalın ona olan marağının ve sevgisinin ferqinde idi. Özü de ona qarşı boş deyildi. Qonaqlıq vaxtı Esminin nenesi Sevil xanım yene de Esmine eziyyet edirdi. Bu da azmış kimi her kesin yanında alçaldırdı onu.

S: ay qız biraz celd ol. Camaat acından öldü.

E: yaxşı nene getirirem.

S: bu yetimi de buraxdılar başıma bezdirir meni. Qoca adamıq biz özümüzü gücle dolandırırıq. Bir de bu çıxıb başımıza.

Yegane xanım( Turalın anası): ele deme Sevil xala yazıqdı qız. Atası yiye durmur anası da işleyir qızına gönderir. Çox da gözel qızdı yaxın zamanda belke bir yaxşı qismeti çıxar geder xoşbext olar.

S: eh bala harda idi? Gelsin biri götürsün getsin bezdim daha.



Axşama doğru qonaqların çoxu getmiş Esmin de evi yığışdırıb Ülker ve Aytac ile evin bağçasında oturaraq söhbet edirdiler. Qızlar Turalın Esmine olan sevgisinden xeberdar idiler. Ona göre her zaman Esmini utandırardılar. Ancaq Aytac o vaxt hele esl üzünü göstermirdi onlara..

Ü: Esmin qardaşım deli-divanedi derdinden.

E: deli-deli danışma Ülker. O mene bacı gözü ile baxır.

A: amma niyese sene gösterdiyi münasibeti bize göstermir. Sene qarşı çox başqadı. Seni sevir.

E: Aytac besdir. Ele danışma. Bele şey ola bilmez.

Hemin vaxt Tural qızların yanına gelerek Esmini çağırır ve evin arxa terefine keçerek söhbet edirler.

T: Esmin eslinde bunu sene başqa cür demek isterdim ancaq dayana bilmedim.

E: buyur eşidirem

T: Esmin men uzun illerdi seni sevirem. Uşaqlığımızdan sevirem seni. Xatırlayırsan? İlk defe seninle tanış olanda 10 yaşım vardı. Uşaq olsam da ilk baxışda qelbimi isitmişdin. Gözel gözlerin bir an gözümün önünden getmir uzun illerdir. Artıq uşaq deyilik. Ve men hele de sene baxanda ilk günki heyecanı yaşayıram. Men hisslerimi içimde saxlaya bilmezdim. Ona göre sene dedim...

E: Tural men...

Esmin sözünü tamamlamadan Turalın yanından uzaqlaşır. Çox utanmışdı Esmin. Yanaqları qızarmış, gözleri dolmuşdu... O da Turalı sevirdi. Bir neçe gün bir-birlerini görmediler. Tural görmek istese de Esmin qaçırdı ondan. Ancaq Esminin bu hereketine hörmetle yanaşır, sebrle onun cavabını gözleyirdi.

Esmin ise ilk defe yaşadığı, qelbini isiden bu heyecanların ona neler yaşadacağını bilmeden qerarını vermiş ve Turalla danışmaq üçün fürset axtarırdı...

Kim bilir belke de Esminin uşaqlıqdan gülmeyen üzünü Tural güldürecekdi.



Yazar:Lyamaскачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!