Sadəcə Sən (5-ci bölüm)

Sadəcə Sən (5-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 1
Biz uşaq iken çox böyük idik. Meselen qollarımızı açardıq bütün dünyanı qucaqlıyardıq... Sonra? Sonra böyüdük... Qollarımızı açanda neinki dünyanı bir insanı bele qucaqlayamaz hala geldik. Kiçilene qeder böyüdük, çox böyüdük yeni... Biz ola bilmedik bir daha... Sen, men olduq... Böyüklük şan-şöhret, zenginlik deyildi. Qaça-qaça böyüdük... Anamızın hündür ayaqqabılarını, uzun donlarını geyinmek üçün böyüdük... O donların, ayaqqabıların içinde xoşbext olduqmu?... Ola bilmedik...



Sevil xanım ve Rüstem bey Turalı yola salmaq üçün erkenden onlara getmişdiler. Esmin ise hele de qerarsız idi. Ancaq yene de üreyine söz keçirde bilmir. Hazırlaşıb uzaqdan da olsa Turalı görmeye gedir. Esmin çatdıqda artıq hamı heyetde Turalla görüşüb sağollaşırdı.

Yegane xanım ağlayaraq yola salırdı oğlunu herbi xidmete.

Y: oğlum anan qurban olsun sene ehtiyatlı ol. Özünden muğayat ol. Tez-tez geleceyik yanına ne lazım olsa getireceyik narahat olma

T: ay ana besdir ağlama mene göre de narahat olma.

Razmiz bey: ay Yegane besdir ağlama sene dedim axı komandir menim uşaqlıq dostumdu özü Turaldan muğayat olacaq.

Ülker ise ne qeder esebi olsa da qardaşını esger formasında gördükde gözleri dolur.

T: Ülker gel senle de görüşüm dünyanın işini bilmek olmaz gedib qayıtmamaq var.

Ü: o ne danışıqdı?! Sene heç ne olmayacaq-deyib qucaqlayır qardaşını.

Tural sakitce Ülkerin qulağına 'Esmin sene emanetdi ondan muğayat ol qoyma onu incitsinler' deyib üzgün şekilde ayrılır bacısından.

Esmin bütün bunları izleyerken göz yaşlarını saxlaya bilmir. Sevdiyi adam gedirdi ve qayıdıb qayıtmayacağı belli deyildi. Esmin heç vaxt istemezdi bele ayrılsınlar. Uğruna ölüme bele getdiyi adam indi gözünün önünden gedirdi. Qayıdacaqdımı? Bilinmirdi...

Tural artıq atasının maşınına eyleşerek yola düşdüler. Her ikisinin qelbinde yara bir-birlerinden ayrıldılar... İndi aralarında sadece valideynleri yox, hem de mesafeler var idi... Mesafeler unutmağa kömek olacaqdımı? Yaralarını sağaldacaqdımı zaman? Yaşadıqlarını gözel günleri unutmaq asan olacaqdımı? Bunu zaman gösterecekdi...

Esmin göz yaşlarını silerek eve doğru getdi. Bundan sonra ne edecekdi bilmirdi. Evvel ayrı da olsalar onun yaxında olduğunu, bir zenge yanında ola bileceyini bilirdi. Ancaq indi o uzaqda idi. Bu düşüncelerle eve çatıb yatağına uzandı. Biraz sonra Sevil xanım ve Rüstem beyle birlikde Ülker geldi. Ülker Esminin ne veziyyetde olduğunu texmin edirdi ona göre onlarla birlikde Esmini görmeye geldi. Otağında olduğunu yeqin ederek birbaşa otağına yollandı.

Ü: Esmin necesen bidenem?

E: yaxşıyam Ülker gel otur.

Ü: gözlerinin qızartısı ve şişkinliyi ele demir. Niye gelmedin onu görmeye? Gözü ele hey seni axtarırdı.

E: gelmişdim

Ü: aaaa men niye görmedim?

E: özüm istemedim. Sadece uzaqdan baxdım ona ve qayıtdım.

Ü: amma çox rahat görünürsen.

E: orda ancaq oğlanlar olacaq deye içim rahatdı-deyib gülür.

Ü: ay Esmin delisen sen.

O geceni Esmin yata bilmemişdi. Sadece Turalı ve atasını düşünürdü. Beli, atasını. Çünki bütün bunların sebebkarı atası idi. Atasını onları terk etmese bunları yaşamayacaqdı.

E: ata niye ayıb getdin bizi? Niye axi? Niye? Bax indi qızın neler çekir. Seni maraqlandırnadığını bilirem ancaq hamısı sene göre oldu. Yetimem deye heç kim meni öz oğluna layiq görmür. Ne olardı getmeseydin? Men heç seni incitmezdim ki. Senden hediyyeler, oyuncaqlar istemezdim. Hamının uşaqken sürdüyü velosipedden de istemezdim. Söz verirem istemezdim senden başqa heç neyi. Senden sadece isti qucağını isteyerdim. Meni qorumağını, meni sevmeyini isteyerdim. Amma getdin. Menim sene ilk 'ata' demeyimi bele gözlemeden getdin. Ve arxanda sadece ağrılar, acılar, göz yaşları buraxdın...-deyerek ağlayıb yuxuya gedir...

Günler, hefteler, aylar öz axarı ile gedirdi. Esmin ise unuda bilmirdi Turalı. Tek qaldığı her an, her saniye Tural ve onunla bağlı xatireleri xatırlayırdı. Yoxluğuna öyreşse de unuda bilmemişdi ilk sevdiyini... Onu güldüren tek şey ara sıra anasının ziyaretleri idi. Bezen anası ile çıxıb gezib vaxtını keçirerdi. Düşüncelerden az da olsa azad olardı.



Tural da unutmamışdı Esmini... Her gün, her gece onun şekiline baxaraq keçirdi günleri geceleri. Etdiyine göre peşman idi. Ancaq ne ede bilerdi mecbur idi buna. Ona bir şey olsa sevdiyini gözü yaşlı qoya bilmezdi. Getsin heyatına davam etsin deye bele edirdi. Ancaq bu etdiklerine göre sonra çox peşman olacaqdı.

Artıq yeni il yaxınlaşırdı. Her yer, her kes yeni il abu-havasına bürünse de Esmine heç de maraqlı gelmirdi bu. Ancaq yeni ilde qarşılaşacağı hadise ona nece tesir edecekdi bilinmir.



Ramiz bey yeni ilde Turalın da onlarla birge olmasını isteyirdi. Turalın xidmet etdiyi herbi hissesin komadiri onun çox yaxın dostu olduğuna göre zeng ederek Tural üçün bir günlük icaze istedi. Beli, istediyi olmuşdu Rüstem beyin. Tural üçün icaze almışdı ancaq heç kime bu barede demeyib sürpriz etmek isteyirdi.

Yeni ili Sevil xanımın isteyi ile bütün qohumlar onların evinde qeyd edecekdi. Yegane xanımdan Ülkerin gece onlarda qalıb yemekleri bişirmek üçün Esmine kömek etmesini xahiş etdi. İki dost bütün geceni metbexde qalıb cürbecür lezzetli yemekler, salatlar bişirdiler.

E: Ülker çox sağol sen olmasan men bunları çatdıra bilmezdim.

Ü: Xoşdu canım. Sabah hamımız biryerdeyik. Super gün olacaq. Birce Aytac gelmese ela olardı.

E: üz-gözünü turşutma yaxşı qızdı Aytac niye beyenmirsen bilmirem.

Ü: sünii qızdı. Hereketleri, semimiliyi inandırıcı gelmir mene.

E: ay qız besdir. Dur gedek yataq gecdi daha.



Otağa getdikde Ülker yatağına uzanan kimi yatsa da Esmin yata bilmirdi. İçinde qeribe hissler var idi. Sevincle keder qarışıq hissler... Olacaqları temiz qelbli insanlar önceden hiss edermiş deye boşuna demeyibler...

Seher çox erken Ülker oyandıqda Esmini pencerenin qarşısında fikirli olduğunu gördü...

Ü: Esmin yatmayıbsan heç?

E: Ülker bax... Her yer bezedilib... Yeni il gelir... Yeni il yeni heyecanlar, yeni sevgiler, yeni üzüntüler, yeni xoşbextlikler, yeni heyatlar demekdi. Bezen keçmişini unutmalıdı insan heyatını qatdasına qoymaq üçün.. Bezen ise unutmamalıdı etdiyi sehvlerden ders alsın deye... Biz bezen bezilerine qarşı çox gücsüz oluruq, onlara çox tez teslim oluruq, dillerinden düşen her söze artıqlaması ile önem veririk... Buna göre de canımız yanır...

Ü: Tural çıxıb gelse, yeniden qayıtsa onu qebul edersen?

E: Yox... Onsuzluğa o qeder öyreşmişem ki, artıq ağlıma geldiyi an ağlamıram sadece gülümseyirem. Onu xeyal ederken gülünecek mahnılarda bele ağladım men. Getdiyinde sanki üreyimi ovuclarının arasında sıxırmış kimi bir acı yaşadım. Bu ağrını nece ifade edim bilmirem ancaq ağlıma gelende hele de titreyirem...

Ü: hele de sevirsen onu?

E: ilk günki kimi saf ve temiz... Gözlerimden öperdi meni her zaman... O menim üreyimin sahibi idi... Xeyallarımın baş rolunda idi O... Men onu çox sevdim. Lenete gelmiş heyatdan tek istediyim şey onunla birlikde eyni evde yaşlanmaq idi... Onsuz keçirdiyim her geceni sehifelere ağlayır, onu kelmelerde qucaqlayır, kirpiklerini setir arasındakı boşluqda sessizce öpürem... Bilirsen? O getdiyi günden artıq yağış yağarken torpaq evvelki qeder gözel ve sehrli iy bexş etmir tebiete, ona göre de penceremde böyütdüyüm bütün gülleri susuzluğa mehkum etdim men... Susuram heftelerle... Çünki bilirem danışsam bütün elifba intihara meyl eder ...

Ü: gözel gözlüm üzülme xoşbext ol... İnan buna layiqsen...

E: xoşbextliyimi de alıb getdi. Xatireleri ile savaşmağa mehkum etdi meni. Heyat bezen o qeder edaletsiz davranır ki, özümü bütün sevenleri öldürmüş qeder günahkar hiss edirem, amma o sadece getmişdi... Men artıq seherleri yeni güne oyanmıram. Üzüntüleri geyinir, xatireleri qucaqlayır, acının etrafında qıvranıram sahibsizce....

Ülker artıq göz yaşlarını saxlaya bilmirdi.

Ü: Esmin ne olar bele danışma. Unut onu bitir her şeyi içinde...

E: Öyreşdim yoxluğuna... Aldığım zerbeler meni böyütdü. Bilirem acınacaq haldayam ancaq eymirem başımı... Dik dururam her zaman...



Yazar:Lyamaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!