Sadəcə Sən (12-ci bölüm)

Sadəcə Sən (12-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 5
Esl şok yaşayırdı Esmin... Nitqi tutulmuşdu sanki. Heç ne deye bilmirdi. Gözleri böyümüş şekilde anasına baxırdı sadece. Ağlamaq keçdi içinden ancaq bilirdi ki, ağlasa veziyyet daha da gerginleşecek. Ona göre sadece susdu...

X: söz soruşuram senden! Baxma ele üzüme!

Nehayet özünü toplayaraq anasının qarşısında dik dayanıb cavabını verdi.

E:men artıq hereket etmemişem! Eger eledirse, yaxşı razıyam gelsin Muradın ailesi!

Sonrada peşman olacağı bu sözü şüursuz şekilde demişdi Esmin. Daha bir kelme bele etmeden otağına getdi. Ağlamaq artıq onun gündelik heyat rejimine çevrilmişdi. Yene de yere çöküb yatağına söykenerek sessizce azadlığa buraxdı göz yaşlarını... Yene de üsyan

edirdi her şeye her kese...

E: axı niye her şey menim başıma gelir?! Her şeyin günahkarı o atam dediyim adamdı. O bizi buraxıb getmese bunlar olmayacaqdı. Belke indi mende öz yaşıdlarım kimi tehsil alıb, gelecek heyatımı özüm planlaşdıracaqdım. Ancaq indi??? İndi kimsesizem deye her kesin üzerimde söz haqqı var...- deyerek yene de ağlamağa davam edir.

Xatire xanım dediyi sözden peşman olmuşdu. Esebini cilovlaya bilmeyib Esmine ağır sözler demişdi. Buna heç cüre haqq qazandıra bilmezdi... O da bunların bele olmasında keçmiş yoldaşını günahlandırırdı.

X: ah Perviz ah... Her şeyin günahkarı sensen. Bizi qoydun getdin. Bütün aileni parçaladın. Qızımı, meni gözü yaşlı qoydun...

Artıq Ülker olmadığı üçün Esmin Aydana zeng ederek bütün derdini, olanları ona danışır..

A: Esmin narahat olma. Belke de xeyirli olacaq?

E: heç ne de olmayacaq. Men bedbextliye mehkumam.



Bir neçe gün sonra elçilik oldu. Esmin bunun baş tutmaması üçün bir möcüze gözlese de artıq gec idi. Şirin çaylar içildikden sonra Muradın anası Feride xanım Esmini görmek üçün onun otağına gelmişdi. Esmin ise ne deyeceyini bilmez halda qadına baxırdı.

F: Xatire göz deymesin ne gözel qızın var. Bundan sonra da menim gelinim olacaq-deyerek Esmini öpüb qucaqlayır.

Esmin ise mümkün qeder mehriban davranmağa çalışır. Çünki bu işde Feride xanımın heç bir günahı yox idi.

Feride xanım çox mehriban qadın idi. Xatire xanımı illerdir tanıdığına göre Esmini gelin kimi görmek onun en böyük arzusu idi. Murad ise çoxlarının xeyalını qurduğu bir oğlan idi. Ancaq bu müsbet keyfiyyetlerin heç biri Esmine zerre qeder maraqlı gelmirdi. Bir hefte içinde evde kiçik bir nişan olacaqdı. Nişandan qabaq Feride xanım cavanlar bir-birini görüb az da tanısınlar deye nişana qeder heç olmasa bir defe görüşmek üçün icaze aldı Xatire xanımdan.

Murad Esmini sadece şekillerde görmüş ve çox beyenmişdi. Bu görüş üçün sebirsizlenirdi. Ondan ferqli olaraq Esmin ise min bir behane getirerek onunla görüşmek istemese de çaresizce görüşdü Muradla.

Murad teyin olunan gün ve saatda Esmini evden götürmek üçün gelmişdi. Qapıda Xatire xanım onu mehribanlıqla qarşılayıb, Esmini ona emanet ederek onları yola salır. Murad yol boyu Esminle danışmaq istese de Esmin 'he', 'yox' tipli qısa cavablar vermişdi. Nehayet, gözel bir restorana gelirler. Her ikisi eyleşerek yemek sifariş verirler.

M: Esmin niye bu qeder sessizsen?

E: danışmaq bu qeder vacibdir?

M: biz bir-birimizi tanımalıyıq ve bunun üçün danışmalıyıq elbette tanımaq üçün başqa bir fikrin yoxdursa.

E: men ümumiyyetle seni tanımaq istemirem desem?

M: başa düşmedim?bu ne demekdi?

Esmin daha çox dayana bilmeyib bütün her şeyi Murada danışır.

Belke bu yolla o Esminle nişanlanmaqdan vazkeçer deye düşünürdü. Ancaq her şeyin tam tersi olmuşdu.

E: bax bele. Yeni seni sevmeyecem.

Murad üzüne qondurduğu kinayeli gülüşle söze başladı.

M: Esmin sen ele bilirsen o sevir? Ya da ümumiyyetle seni sevib ne vaxtsa?

E: elbette- dedi özünden razı terzde.

M:bax Esmin bunu sene gelecek nişanlın olaraq yox bir oğlan kimi deyirem. Heç bir oğlan heqiqeten ürekden sevdiyi qızdan el çekmez. Qarşısında ne engel olursa olsun. En azından mübarize aparar. Ancaq o dediyin oğlan buna cehd bele etmeyib seni buraxıb getmeyi üstün tutub. Qaldı ki, bizim meselemize, bunları danışaraq menim seninle bağlı fikirlerimin deyişeceyini düşünürsense yanılırsan balaca.

Esmin ağzı açıq veziyyetde onu dinleyirdi. Turalla bağlı dediklerine heqiqeten de haqqlı idi. Ancaq Esmin sevilmediyi heqiqetini qebul etmek istemirdi. Muradın nece yaxşı biri olduğunu gördükde ise ne deyeceyini bilmir. Çünki bilirdi Muradı heç vaxt xoşbext ede

bilmeyecek.

Murad ise bu balaca, saf, gözel qıza vurulmuşdu. Turalın kim olduğunu bilmese de içinde ona qarşı nifreti vardı.

Nişan günü artıq gelib yetişmişdi. Esmin hedsiz derecede hevessiz idi. Aydanla birlikde salona gederek çox sadece saç ve makiyaj eletdirmişdi. Nehayet, oğlan evi gelmişdi. Biraz keçdikden sonra artıq nişan üzüklerini taxırlar. Üzükleri taxanda Esminin elleri esib, gözleri dolmuşdu. Hetta ele olmuşdu ki, heyecandan üzüyü Muradın eline taxa bilmir.

M: yaxşısan?- dedi pıçıltı ile.

E: kömek et taxa bilmirem- Esmin de eyni ses tonu ile cavab verir.

Muradın kömekliyi üzüyü taxdıqda her kes bir ağızdan xeyir-dua verir. Bu ses-küy artıq eseblerini tarıma çekir. Mümkün qeder nişanın tez bitmeyini isteyir. Nişan boyu yerinde oturaraq eli ile paltarını sıxır. Esebini, hikkesini bu paltardan çıxmasa neler olardı kim bilir...

Muradın tekidi ile dansa qalxırlar. Esmin partlamağa hazır bomba kimi idi. Hele de Muradın ona bele yaxın olduğunu gördükde hirsini boğmağa çalışırdı.

E: uzaq dur

M: bundan daha uzaq olmur balaca.

E: çox sevinme bu toy olmuyacaq.

M: gözlerin çox gözeldi.

E: bilirem!- deyerek dikdaban ayaqqabısı ile Muradın ayağını tapdalayır. Murad ise heç ne olmamış kimi dansa davam edir.

Nişan vaxtı Aydan da Esminin eseblerini korlamaq da Muraddan heç de geri qalmırdı.

A: Ooo üzüyün ne gözeldi. Sağ elini çek başıma. Hetta ver üzüyü men taxım bi defe.

E: al birdefelik senin olsun!

A: ay qız deli olma.

Bu sehne Muradın gözünden qaçmır. Esmine doğru eyilerek esebi şekilde danışmağa başlayır.

M: bir de o üzük senin barmağından çıxsa edeceklerime cavabdeh deyilem!!

Esmin her ne qeder onu sevmese bele bu ses tonundan qorxuya düşerek tez üzüyü eline taxır.

Nehayet nişan bitir her kes evine yollanır. Esmin ise qonşuların kömekliyi ile evi yığışdırır. Gece yerine uzandıqda çox yorğun idi. Tam yatmaq isterken telefonuna tanımadığı nömreden zeng gelir.

E: alo? Kimdi?

M: menem

Telefonun diger ucundakı sesi tez tanıyır Esmin.

E: beli Murad ne lazımdı?

M: heç sadece yaxşısanmı deye zeng etdim.

E: yaxşıyam ve yorğunam gecen xeyre-deyerek cavabı bele gözlemeden desteyi asır.



Muradın özünü sevdirmesi cehdleri öz neticesini gösterecekdimi göresen? Bunu zaman gösterecekdi...



Yazar:Lyamaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!