Sadəcə Sən (16-cı bölüm)

Sadəcə Sən (16-cı bölüm)
Sevgi Dünyası
10.09.2017 48
Esmin ağlayaraq telefonun ekranına baxdıqda nömreni tanımır. Cavab vermek istemese de belke vacibdir deye isteksiz şekilde zengi açır. Qarşı terefin sesini eşitdikde ise heyecandan dili tutulur bir an...

T: Esmin eşidirsen???

E: ne lazımdı?- deye soyuq sesle cavab verir.

T: seninle danışmalıyıq.

E: seninle danışacaq heç neyim yoxdu.

T: Esmin dedim danışmalıyıq. Sabah hemişe görüşdüyümüz yerde gözleyecem seni.

E: dedim yox.

T: men de dedim ki, he. Son defe danışacayıq.

E: yaxşı son defe!

Esmin her ne qeder Turalı sevse de artıq onu heyatında istemirdi. Gözünün qarşısında Aytacla sevgili idi. Hele de illerdir tanıdığı Aytacın bu hereketi çox toxunmuşdu ona. Üreyini boşaltmaq üçün Aydana zeng ederek derdleşir.

E: ne edecem bilmirem. Görüşmek istemirem ancaq ne ise meni çekir o görüşe.

A: belke de danışıb her şeyi aydınlaşdırıb bir defelik ayrılmaq daha yaxşı olar

E: off bilmirem qorxuram birden Murad biler.

A: Muraddan qorxursan ki?

E: yox qorxmuram ancaq ne qeder olmasa da o menim nişanlımdı. Onun başını aşağı ede bilmerem.

A: ne deyim özün bil.

Esmin içindeki narahatlıqla gece yuxuya gedir. Seher oyandıqda bütün günü heyecanlı olur. Bu veziyyeti anasının da diqqetini celb edir.

X: ne olub? Neye elini atırsan sındırıb tökürsen

E: heç heç ne. Men birazdan çıxacam Aydanla görüşecem.

Esmin hazırlaşaraq evden çıxır. Hetta o qeder heyecanlı olur ki, telefonunu bele evde unudur. Nehayet görüş yerine gelib çatır. Turalın onu burda gözlediyini görür. Tural onu gördükde derhal yanına gelerek elini uzadıb salam verir.

T: xoş geldin

E: sözünü de

T: Esmin men seni o oğlanın yanında görmeye dayana bilmirem!

Murad işden çıxdıqda Esmini gezdirmeye aparmaq isteyir. Ancaq Esmine ne qeder zeng etse de desteyi qaldıram olmur. Çox nigaran qalıb evlerine gedir. Xatire xanım qapını açdıqda telaşlı şekilde Esminin harda olduğunu soruşur.

X: ay oğlum nigaran qalma. Aydanla görüşecekdi. Yeqin telefonu evde qalıb heç eşitmedim sesini.

M: cavab vermedi deye çox qorxdum. Hara gedibler?

X: bilmirem oğlum elece dedi ki, görüşe gedirem.

M: yaxşı Xatire xala çox sağolun.

Murad az da olsa rahatlamışdı. Ancaq yene de içinde narahatlıq vardı. Telefonu eline alıb Aydana zeng edir.

M: salam Aydan hardasız? A: salam evde. Ne olub ki?

M: Esmin cavab vermedi deye qorxdum. Gelirem onu götürüm.

A: Murad Esmin menimle deyil.

M: bes Xatire xala dedi ki, görüşmüsünüz. Hardadı o?

A: Murad men nece deyim bilmirem. O Tural ile görüşmeye gedib.

M: ne Tural? Tural kimdi?

A: sen deyesen bilmirsen daha doğrusu tanımırsan

M: Aydan sebrim daşır! Adam kimi başa sal! A: Esminin keçmiş sevgilisidı Tural. Bu yaxınlarda gelib bura. Dünen de Esmine zeng edib görüşmek istedi. Bugün de görüşdüler. Bu qeder.

Murad bir an olduğu yerde dondu. Aldığı melumatı hele de beyni qebul etmirdi. Daha heç ne demeden Aydandan görüşdükleri yerin ünvanını alaraq desteyi asır. Celd maşına eyleşerek deyilen yere gedir. Tural ile Esmin bütün olanları danışırlar. Tural Aytacın ona dediklerini, Esmin de hemçinin Aytacın sözlerini deyir Turala. Her ikisi şokda idi. Aytacın bele edeceyine inana bilmirdiler. Her ikisi üreyindekileri deyirler bir-birlerine. Aylardır yığılıb qalan sözler deyilirdi.

T: men bilmirem ne deyim. Ancaq bil ki, o sözlerin heç birini men dememişem.

E:artıq gecdi Tural. Men nişanlıyam. Sen mene qulaq asmaq evezine ona inanmağı seçdin.

Onlar söhbet ederken Murad da artıq gelib çatmışdı. Onları uzaqdan seyr edir. İçinden gedib Turalı vurub öldürmek keçirdi. Hemçinin de Esmine esebi idi bütün bunları demediyi üçün ve Turalla görüşdüyü üçün.Yumruğunu sıxaraq maşına qayıdır. Artıq bir qerar vermeli idi. Esmin daha Turalla bir kelme bele etmeden çıxıb gelir eve... Axşam onu neler gözediyinden xebersiz... Eve geldikde az da olsa içi rahat idi. Sanki üzerinden bir yük qalxmışdı. Telefonuna baxdıqda Muradın defelerle zeng elediyini görüb ona yeniden zeng etse de cavab vermir. Anası ise ona Muradın gelib axtardığını dedikde içine yene bir narahatlıq çökür. Daha heç ne düşünmeden yatağına uzanıb yatmaq isteyir. Biraz keçdikde Muradın zeng etdiyini görür. Gec olduğu üçün nigaran qalıb zengi cavablandırır.

M: çıx çöle

E: bu vaxt? Get eve seher danışarıq.

M: Esmin dedim çıx çöle!

Esmin ilk defe idi Muradın bu qeder esebi sesini eşidirdi. Daha sözü uzatmadan eynini geyinib heyete düşerek darvazanın qapısını açır. Muradı gördükde bir anlıq donub qalır. Sakit Muradı aparıb sanki qefesden qaçmağa hazırlaşan şir tessüratı yaradan Muradı getirmişdiler. Gözleri esebden qıpqırmızı idi. Qarşısında Esmin yox başqası olsa her halda öldürene qeder döyerdi.

E: ne olub? Bu ne haldı?

M: mene ne vaxt demeyi fikrleşirdin?- her ne qeder esebi olsa da yene de sakitliyini qoruyurdu.

E: neyi?

M: Turalın senin keçmiş sevgilin olduğunu. Esmin eyni anda qarışıq hissler yaşayırdı.

Qorxu, heyecan, utancaqlıq...

M: seni gözleyirem. Cavab ver

E: men senin esebleşmeyini istemedim.

M: bugün niye görüşdün onunla?

Esmin ikinci bir şok yaşayırdı. Axı Murad hardan bilirdi bunları?

E: biz... Biz son defe o dedi ki, görüşek son defe danışaq... Men de...

M: sen de ne?

E: görüşdüm.

Murad Esminin qolundan tutaraq heyetdeki masaya eyleşirler. Bir neçe saatdır düşündüyü qerarı artıq açıqlayacaqdı Esmine.

M: Esmin biz nişanlananda senin meni istemediyini bilirdim. Ancaq nişanlandım. Dedin başqasını sevirem. Yene de susdum. Dedim zamanla unudar belke meni sever. Ancaq nece deyerler zorla gözellik olmaz. Menim de bir qururum var. Sehv anlama özümü sene sevdirmekden yorulmadım ya da vazkeçmedim. Ancaq bu olanlara göz yuma bilmerem. İstediyini edecem. Nişan pozulacaq. Narahat olma heç kim bilmeyecek niye pozulduğunu. Yola gede bilmedik deyecem hamıya. Sabah anamı gönderecem danışsın Xatire xala ile. Artıq azadsan. Ümid edirem onunla xoşbext olarsan ancaq bil ki, o sene layiq deyil- deyerek sünii gülüşünü qondurdu üzüne.

Esmin ise ne deyeceyini bilmez veziyyetde qalxıb geden Muradın arxasınca baxırdı...



Yazar:Lyamaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!