Sadəcə Sən (17-ci bölüm)

Sadəcə Sən (17-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 58
Esmin sadece Muradın arxasınca baxmaqla kifayetlenmişdi. Yerinde donub qalmışdı. Heç ne deye bilmedi. Bir addım bele qabağa gedib heç ne soruşa bilmedi Muraddan. Çox utanmışdı hereketine göre. Heç ne düşünmeden otağına gederek geceni narahat şekilde başa vurdu.

Tural ise gece esebi şekilde eve gelmişdi. Aytac onların evinde Yegane xanıma kömek etmek behanesile qaldığı üçün onun otağına gederek bütün elediklerinin hesabını soruşacaqdı. Aytac ise onun geldiyini görüb sevinerek ireli gelir.

A: xoş gelmisen

Tural onun qolundan tutub sıxaraq bütün esebini tökür ona.

T: sen nece insansan?! Ne qeder yalan danışar bir insan?! Sende utanma yoxdu heç?!

A: burax qolumu. Ne danışırsan sen?

T: Esmine dediklerini! Mene dediklerini deyirem! Sabah seher bütün zir-zibilini yığıb gedirsen bu evden!

A: men seni sevdiyim üçün eledim her şeyi.

T: az danış! Seher duranda seni görmeyecem! Yoxsa hamıya deyerem neler elediyini!

Seher oyandıqda Esmin hele ki, Feride xanımın gelmediyini görüb rahatlamışdı. Çünki ilk önce anasına özü demek isteyirdi ayrılacaqlarını. Metbexe anasının yanına gelerek onunla danışmaq isteyirdi. Nenesi Sevil xanımın da burda olduğunu görüb doğrusu çekinir. Nenesinin vereceyi reaksiyadan qorxurdu.

E: ana men size bir şey demeliyem.

X: Esmin sonra danışarıq bilirsen sabahdan işe gedecem eşyalarımı yığıram.

E: ana vacibdi axı

S: Esmin bezdirme adamı işimiz var.

Biraz sonra Muradın anası Feride xanım gelmişdi artıq. Esmin ne edeceyini, ne deyeceyini bilmirdi. Xatire xanım ve Sevil xanım da onun niye geldiyini bilmeseler de onu güler üzle qarşılayıb otağa keçdiler. Ancaq Feride xanımın üzündeki gerginlikden nese baş verdiyini hiss edirdiler.

X: Esmin get çay hazırla qızım

F: yox getme Esmin. Xatire çox qalmayacam.

X: ne olub? Nese narahatsan sanki

F: he Xatire. Uşaqlar yola getmir. Muradla Esmin qerara gelibler ki ayrılsınlar. Murad çox qısqancdı deye sıxır Esmini. Özü de narahat olur deye ayrılmağa qerar veribler.

X: ele şey olar? Qısqanclıq her kesde olur. Buna göre ayrılmazlar.

F: bilmirem ancaq fikirleri qetidi.

S: bu uşaqlar lap deli olub. Qısqanclığa göre nişan qayıtmaz.

X: ana besdir daha. Qismet deyilmiş.

Xatire xanım artıq söz demedi.Mecbur onunla razılaşdılar. Artıq nişan pozulmuşdu. Normal şertler daxilinde Esmin sevinmeli idi. Ancaq bele ayrılıq istemezdi.

Aytac ise qorxusundan seher erkenden oyanaraq bir behane ile eşyalarını yığıb evlerine qayıdır. Yegane xanım ne qeder soruşsa da heç ne demir.

Y: Aytac ne ise olub? Niye gedirsen?

A:yox men sadece anamgil üçün darıxdım. Gedim.

Artıq Aytac belası sovuşmuşdu.

Esmin bir neçe defe Murada zeng edib hal-ehvalını soruşmaq istese de heç cüre cesaret etmirdi. Anasının işine göre yeniden getmesi ise onun daha da özüne qapanmasına sebeb olmuşdu.

Bir neçe gün sonra artıq hamı Esminin nişanı pozması xeberini eşitmişdi. Tebii ki, Tural da... Tural ise son görüşün Esmine tesir etdiyi üçüm nişanı pozduğunu düşünürdü. Buna göre de Esminle danışmaq isteyirdi. Bu defe qerarlı idi. Ne olur olsun Esminden vazkeçmeyecekdi. Onunla danışmaq üçün evlerine getmeye qerar verir. Nenesinin evde olmadığı bir gün onlara gedib Esminle danışmaq isteyir. Onlara gelerek qapının zengini vurur. Esmin onun geldiyini görüb qapını açmaq istemir.

T: Esmin bilirem evdesen aç qapını

E: ne isteyirsen?!

T: aç seninle işim var. İndi qonşular gelecek sesimize.

E: gel keç!- deyib açır qapını. Ne var? ne isteyirsen?

T: eşitdim nişanı qaytarıbsan.

E: he nedi ki?

T: Esmin gel yeniden başlayaq. Bu defe her şey yaxşı olacaq.

E: yeniden?- deyerek kinayeli gülüşle baxır Turala.

T: he yeniden

E: sen hele de bu sözü nece deyirsen bilmirem. Çıx get bu evden.

T: gedirem ancaq yene gelecem. Sene bir neçe gün vaxt verirem. Qerarını öyrenmek üçün gelecem.

Hemin vaxt Sevil xanım eve gelerek Turalı görüb hedsiz qezeblenir.

S: niye gelibsen bura?! Ne isteyirsen bu qızdan?! El çek daha. İndi de biz istemirik sizi. Menim sene verecek nevem yoxdu.

T: Sevil nene xahiş edirem. Siz ki menim nenemi, bibimi tanıyırsız. Onlara qarşı gele bilmedim.

S: indi cesaretlendin?!

Tural daha heç ne deye bilmedi. Ne deye bilerdi ki? Her kes haqqlı idi.

Bu söhbeti Sevil xanım zeng ederek Xatire xanıma da demişdi. Xatire xanım ise qızı ile danışıb onu başa salmağa çalışırdı.

X: qızım heyat senindi ancaq menim veziyyetimi görürsen. İstemirem sen de bele olasan. Emin ol Tural sene layiq deyil. Ailesinde heç kim seni istemir. Nece xoşbext olacaqsız? Kemale sene gün verib işıq vermez.

E: ana onsuz men barışmaq istemirem. Onu bağışlamayacam.

Esmin her kesin qarşısında Turalı bağışlamaq istemeyen bir obraz yaratsa da qelbinin derinliklerinde hele de onu sevirdi.

Bu müddet erzinde Murad da verdiyi qerardan peşman olmuşdu. Esmin olmadan qala bilmirdi. Cesaretini toplayıb Esmine zeng edir. Esmin ise Muradın zengini görüb bir an heyecanlansa da sakit sesle zengine cavab verir.

M: salam Esmin. Necesen?

E: çox sağol sen?

M: vaxtın varsa sabah görüşe bilerik?

E: niye?

M: seninle danışmaq isteyirem.

E: yaxşı.görüşerik.

Esmin razılaşdı Muradla. Ancaq heç de ona qarşı nese hiss etdiyi üçün yox. Sadece onun qarşısında özünü günahkar hiss edirdi. Sonrakı gün axşama yaxın Esmin hazırlaşaraq Muradı gözleyirdi. Nehayet Murad geldi. İçeri keçerek Sevil xanımla salamlaşdı. Sevil xanım ise onların ayrılmağını istemediyi üçün bu görüşe razılıq vermişdi. Esmin otaqdan çıxaraq Muradla salamlaşıb daha kelme kesmeden evden çıxıb maşına eyleşirler. Yol boyu heç biri danışmır. Gelib kiçik bir kafede eyleşirler. Esmin gözlerini qaçırırdı ondan. Murad ise söze nece başlayacağını bilmirdi.

M: Esmin?

E: beli.

M: men... Men bilmirem nece deyim ancaq verdiyim qerardan peşmanam. Yeniden davam edek. Meni sevmirsen bilirem ancaq emin ol xoşbext edecem seni.

E: Murad biz bunları danışdıq. Nişanı da pozduq. Artıq geriye yol yoxdur.

M: Esmin sene bir neçe gün vaxt verirem. Qerarını ver. Yeniden danışaq. Ancaq yaxşı düşün.

Esminin beyni qarmaqarışıq idi. Bir terefde Tural, diger terefde ise Murad var idi...



Yazar:Lyamaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!