Qədrini bilin cümlələrin, sevin onları

Qədrini bilin cümlələrin, sevin onları
Sevgi Dünyası
10.09.2017 15
..bir adam tanıdım mən..gözləri həmişə uzaqlara baxan...üzü çox kədərli və məsum..ruhu titrək və saf..bir adam tanıdım mən ürəyi ayna qədər şəffaf,suni dəmir barmaqlıqlar arasında gizlədilmiş..incinməkdən qorxan..bir adam tanıdım mən qadınlardan çox qorxan,amma onlarsız qala bilməyən..mümkünsüzlüyün vurğunu bir adam....elə bir adam düşünün ki,çox xeyirxah,ürəyi saf,ruhu uşaq..elə bir adam tanıdim ki,sevgiyə ac,dürüstlüyə möhtac..elə bir adam düşünün ki,uzaqdan sevməyə aşiq olan,dəli kimi sevən..amma sadəcə uzaqdan..elə bir adam düşünün ki,ürəyindəki sevgi ehtiyacını doldurmağa çalışan..hər qadında bir az daha özünü tapmağa çalışan..hər qadında yaratdığı saf hissləri qram qram içindəki boşluğa aparıb orda bu hisslərin üstünə kilid vuran..bağlanmaqdan qorxan,sevməkdən qorxan biri.canını verəcək qədər sevən və birdən birə çıxıb gedən..və elə bir qadın düşünün ki,onu olduğu kimi qəbul edən..bu adamı sevən..elə bir qadın düşünün ki,uğruna hər şeydən keçən,bəzən özünün varlığını belə unudub,büsbütün "o" olan..elə bir qadın düşünün ki,ondan xəbər alanda nəbzi yavaşlayan,nəfəsi gecikən...və elə bir sevgi düşünün...hansı ki,mümkünsüzlük sözünün yaranma səbəbi o olsun..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!