Səni çox sevdim mən...

Səni çox sevdim mən...
Sevgi Dünyası
10.09.2017 24
Vaxt var idi yağışı sevməzdim,qaranlıqdan qorxar idim..İndi isə tam tərsinə dönüb hər şey..Qaranlıq dostum,yağış isə göz yaşlarımdır artıq..Çox bir şey istəmədim əslində..Sadəcə səninlə bir ömür boyu olmaq istədim..



Fəqət arzuma çata bilmədim..Xoşbəxtliyim,arzularım,xəyallarım bir an içində yox olub getdi..Bir an içində hər şey yox oldu sanki..Sən getdikdən sonra hər şey dəyişdi həyatımda..



Artıq əvvəlki tək güvənə bilmirəm heç kimsəyə,dərdimi danışa bilmirəm..Ən çətinidə üzüm gülmür artıq..Hər şey mənasızdır sanki..Ayrıldıqdan sonra heç kimsəyə köməyim çatmadı mənim..Dost dediklərim bir anda yox oldular..



Sənə dair olan arzularım vardı mənim..İndi isə yalnız onlar olur mənimlə qaranlıq gecələrdə..Vaxt var idi gecən xeyrə demədən yata bilməzdim..İndi heç danışmırıq halbuki..



Xoşbəxtlik artıq mənə yad olan bir söz olub..Mənim üçün artıq heç bir mənası yoxdur..Xoşbəxtlik sənə güvənmək idi,sənin üçün darıxdığımda sənə darıxdım sözünü deyə bilmək idi..Səni gördüyümdə sənə doyunca sarıla bilmək idi..



İndi elə davranırıqki sanki bir-birimizi tanımırıq..Sanki heç həyatımızda bir-birmizə qarşı sevgi yaşamamışıq..Sevməmişik..Qış fəsli bizim fəslimiz idi..Səninlə tanış olduğum gün,birlikdə xoşbəxt olduğumuz günlər idi..İndi kim bilir mən səni düşünərkən,səninçün darıxarkən sən kimin yanındasan?Hardasan?Harda???скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!