Duzlu qəhvə

Duzlu qəhvə
Sevgi Dünyası
10.09.2017 33
Qıza bir əyləncədə rastlamışdı, gözəl biri idi. O gün onunla tanış olmaq
istəyın cox dəliqanlı var idi .Əyləncənin sonunda qızı qəhvə içməyə
dəvət etdi. Qız əyiəncə boyu diqqətini çəkməyən oğlanın dəvətinə
təəccübləndi, amma hörmətlə yanaşdı və qəbul etdi. Yaxınlıqdakı şirin
kafedə oturdular.Oğlan elə həyəcanlıydıki ürəyinin döyüntüsündən danışa
bilmirdi. Onun bu halı qızı da narahat etdi" Mən artıq gedim "deməyə
hazırlaşırdıki oğlan birdən ofsiantı çağırdı. Mənə biraz duz gətirə
bilərsiz? qəhvəmə tökmək üçün: ətrafındakılar oğlana təəccüblə baxdılar
qəhvəyə duz! oğlan qızardı utancından amma duzu qəhvəyə tökdü və içməyə
başladı.Qız maraqla "qəribə ağız dadınız var" dedi. Oğlan danışmağa
başladı... Uşaqikən dəniz kənarında yaşayırdiq. Həmişə dəniz kənarı və
dənizdə oynayırdım,dənizin duzlu suyunun dadı hec ağzımdan əsgilmədi bu
dadla böyüdüm mən bu dadı çox sevirəm, qəhvəmə duz tökməyimdə buna
görədi, nə vaxt o duzlu dadı dilimdə hiss etsəm uşaqlığımı dəniz
kənarındakı evimizi və xoşbext ailəmi xatırlayıram. Anamla atam hələ o
dəniz kənarında yaşıyrlar.Onlar və evimiz üçün cox darıxıram, bunları
danşdıqca gözləri dolmuşdu oğlanın....Qız eşitdiklərindən çox
təsirlənmişdi, içini bu qədər səmimi anladan biri, ailəsi üçün bu qədər
darıxan adam, evini ailəsini sevən biri olmalıydı...Qızda danışmağa
başladı. Onunda evi uzaqdaydi.Uşaqlığı kimi.O da ailəsi haqqında
danışdı.Çox şirin bir söhbət olmuşdu, və bu söhbət öykümüzün gözəl bir
başanğıcı olmuşdu təbii.Görüşməyə davam edirlər və hər gözəl öyküdə
olduğu kimi bunlar evlənir. Çox xoşbəxt yaşayırlar qız nə vaxt qəhvə
hazırlasa içinə bir qaşıq duz tökdü, həyatı boyu...Çünki onun qəhvəyi
belə sevdiyini bilirdi.Onlar 40 il birlikdə yaşadılar.Bir gün kişi
dünyasını dəyişir."Ölümümdən sonra aç" deyə bir məktub qoymuşdu sevdiyi
həyat yoldaşına. Belə yazırdı setirlərində....Sevgilim birdənəm məni
bağışla bütün həyatımızı bir yalan üzərinə qurduğum üçün məni
bağışla.sənə həyatımda bir tək yalan danışdım.Duzlu qəhvədə... ilk tanış
olduğumuz gün yadındadı elə həyəcanlı gərgin idim ki şəkər, deyəcykən
duz çıxdı ağzımdan. Sən və hərkəs mənə baxarkən dəyişməyə o qədər
utandımki, yalanla davam etdim. Bu yalan bizim gorüşməymizin təməli
olacağı hec ağlıma gəlməmişdi.Sənə həqiqəti anlatmağı dəfələrlə
düşündüm, amma hər dəfəsində qorxdum deyə bilmədim.İndi ölürəm, qorxmağa
hec bir səbəb yoxdu, həqiqəti deyim. Mən duzlu qəhvə sevmirdim! o
qəribə və rəzil bir dad: Amma səni tanıdığım andan bəri rəzil qəhvəyi
içdim həmdə zərrə peşimanlıq hiss etmədən. Səninlə olmaq həyatımın ən
böyük xoşbəxtliyi idi, və mən bu xoşbəxtliyimi bu duzlu qəhvəyə
borcluydum.Dünyaya bir daha gəlsəm, hər şeyi yenidən yaşamaq, səni
yenidən tanımaq və bütün həyatımı yenidən səninlə kecirmək istəyərəm,
ikinci bir həyat boyu, daha duzlu qəhvə içmək məcburiyyətində
qalsamda... Yaşlı qadının göz yaşları məktubu islatmışdı... Sözü
açıldığında bir gün biri qadına duzlu qəhvə necə olur? deyə soruşur...
Qadının gözləri dolur ve çox dadlı...! deyirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!