Dayan desən...

Dayan desən...
Sevgi Dünyası
10.09.2017 5
Mən gedirəm sevgili,içimdə bir qəribə hüzn var.Sanki nə etsəm olmur kimi
hiss edirəm.Səni sevərkən,üstəlik sənində sevdiyinə inanarkən,necə
bacara bilmədik bu işi bilmirəm amma mən artıq gedirəm.

Əllərimin sənə toxunmadığı bir dünyada yaşamaqdan,tək səsini eşidərək
məhdud vaxtlarda xoşbəxt olmağa çalışmaqdan,bədənini və ağlını yanımda
hiss edə bilməməkdən,yorğun düşdüm.Qurduğum bütün xəyallar boşuna,heç
birini reallaşdıra bilmirəm,ətrafı sularla çevrili bir ada kimiyəm.Arada
bir qonan quşlarda olmasa,içimdə yaşayan bir nəfəs qalmayacaq.Səbr
etməyi öyrənmişdim amma bu qədəri məni belə aşır.Daş olsa çatlayardı
deyirəm.Çətin imiş eşqi həqiqətən yaşatmaq,mən bacara bilmədimsə üzr
istəyirəm.

 Bilirəm sevgi anlamaqdır ancaq davamlı anlayan tərəf mən olacağamsa,o
zaman eşq də yanlız mənə aid olmazmı?Bu vəziyyətdə eşqimi də cibimə
qoyub getmək lazımdır,və deyəsən vaxtı gəldi gedirəm.İçimdə heç bir
inciklik daşımadan,yanlız iki böyük insanın bacarıqsızlığına
əsəbləşərək,bu balaca ürəklərimizi bir yerdə tutmayışımıza içlənərək
gedirəm.

 Külək də çarpan qapılar kimi,davamlı özümə çarparaq yaşamaqdan
sıxıldım.Madam bu qədər təkliyə asılı qalıram,o zaman sənin həyatında
bir yeri işğal etmənin də bir mənası yox deyirəm.Ürəyim elə yorğun ki
təxmin belə edə bilməzən.Səndən əvvəl də yığılmış vurğunlarım var
onsuzda mənim.Daha onları təzə təmizləmişkən,bir başqa ağrıya dözməmək
üçün gedirəm.Mənə də alışdırdın ya sənsizliyə,ayrılığı da yadırğamaram
demək ki! Mən gedirəm sevgili.İçimdə bitirilməmiş xülyalarım,cibimdə
səninlə qurulmuş xəyallarım,heç vaxt sənə izah edə bilmədiyim
sevgim,bacarıqsızlığım və hər yanında adın yazan ürəyimi əlimə aldım
getməyə hazırlanıram.

 Arxamızdan kimsənin söyləyəcək sözü yox,dedi-qodumuzuda edə
bilməyəcəklər.Kim nə bilir ki?Mənim izah etdiklərimdən başqa.Sənin
dünyanda məni tanıyan belə yox.Yəni bu ayrılıq səni vurmayacaq.İçimdə
bir az buruxluq olsa da,nəfəs aldığım müddətcə səni ağlımın,ürəyimin bir
yerində tutacağımı bilirsən.Harada və kiminlə olsan da,hansı dərdin
içinə girmiş olsan da,maraqlanma səni dualarım qoruyacaq.Bundan
əminəm,çünki sevən bir ürəyin etdiyi dualar,bu böyük kainatda qəbul
görəcəyi yerə çatacaq.Artıq vaxtı gəldi mən artıq gedirəm amma sən əgər
DAYAN DESƏN...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!