Mən ölüm ağrısı çəkdim, Ölüm!

Mən ölüm ağrısı çəkdim, Ölüm!
Sevgi Dünyası
10.09.2017 11
Gecələrə izah etdim mən içimdəki səni

Onlar ağladılar mənimlə birlikdə

Kimsə anlamadı ya da anlamaq istəmədi

Layiq olmadım mən yaşatdıqlarını

Amma üsyan edə bilməm qədərimə

Olması gərəkmiş oldu

Zaman zaman üşüyürəm yaz gecələrində

İçim üşüyür…

İçimdəki sönən yanğın partlamağa hazır bir vulkan kimi

Sənə olan sevgimsə lava kimi isti idi

Yaşanılanlar da bir o qədər ölüm qışqırığı qədər acı

Mən eşq ağrısı çəkmədim yanılırsınız

Mən ölüm ağrısı çəkdim , ÖLÜM

İçimdə öldürdüm səni , ürəyimə basdırdım

Zaman zaman gözyaşlarımla məzarını suladım

Dualar oxudum sənə

Ölənlə ölünmez ey sevgilim

Mən ölmədim amma yalnız görünüşcə

Sevmirəm səni əhəmiyyətsiz hesab edirəm

Bunun adı nə bilmirəm amma hər an ağılımdasan

Bir qışqırıq misalı idi sənə olan eşqim ;

Ani , ürküdücü və bir o qədər də gerçək

Heç gözləmədiyim anda girdin ürəyimə

Qış günəşi kimi

Səndən sonra kimsəni sevə bilmədim

Kimsə sənin kimi baxmır , kimsə sənin kimi gülmürdü çünki.

Kimsəyə özümü verə bilmədim

Bəlkə də hər kəsi səninlə müqayisə etdim

Heç kim sən deyil sevdiyim

Heç kim mənə sənin qədər xoşbəxtlik verə bilməz

Və heç kim mənə bu qədər çəktirməz

yaratdığın əsər burada

Eşqimizdən qalan iz ,

Sənə heç uğramadı amma mənim həyatımı məhv etdi

Mən eşq ağrısı çəkmədim yanılırsınız

Mən ölüm ağrısı çəkdim , ÖLÜM

Özünlə qürur duymalısan

Kimsə səni mənim kimi özündən çox sevə bilməz

Ayrı olan yolları birləşdirməyə qalxdıq səhv etdik

Yalnız mən acı çəkdim bu yolda

Mən eşq ağrısı çəkmədim yanılırsınız

Mən ölüm ağrısı çəkdim , ÖLÜM...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!