Amma sən bilmirsən

Amma sən bilmirsən
Sevgi Dünyası
10.09.2017 8
Səni yazardım təkrar təkrar silinmiş boş kağızlara

Səni öpərdim qısa və ümüdsüz oyandığım yuxularımda

Sənə baxardım ucsuz-bucaqsız və bir o qədər də kimsəsiz yollarda

Amma sən bilmirsən..

Sən yoxsan deyə təbəssüm belə edə bilmir qurumuş dodaqlarım

Üzümdə boş bir ifadə ilə səni gözləyirəm ulduzsuz gecələrdə

Gəlməyəcəyini bilə-bilə kiçik bir ümid böyüdürəm içimdə

Amma sən bilmirsən..

Həyat dənizində sənə çatmaq üçün dalğalara vuruşuram

Ama sanki səndən daha çox uzaqlaşıram

Bütün bu səylərim səni bir dəfə görə bilmək üçündü..

Amma sən bilmirsən..

Artıq oyanmaq istəyirəm bu sənsiz yuxudan

Tapmaq istəyirəm hələ tanımadığım səni

Möhtacım sənə bir körpənin anasına möhtac olduğu kimi

Amma sən bilmirsən..

Siqaretimin tüstüsünə baxaraq səninlə başlayan xəyallar quruyuram

Qurduğum xəyallar siqaretimin tüstüsüylə birlikdə uçub gedir

Ard-arda siqaretlər yandırıram xəyallarım uçmasın deyə

Amma sən bilmirsən..

Buğlanmış aynalara baxaraq özümdə axtardım səni

Həyatın tərk edilmiş küçələrində axtardım səni

Uçan quşların qanadlarında axtardım səni

Amma sən bilmirsən..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!