Getmə, sənsiz darıxaram getmə!!!

Getmə, sənsiz darıxaram getmə!!!
Sevgi Dünyası
10.09.2017 4







Gecə bütün verdiyim sözləri inkar edəcək qədər dəli olma..

Rədd edirəm sənsiz bir həyatı..

Hesab soruşuram səni məndən ayıran taleyimdən..

Bu gecə sanki bütün fəlakətlərə hazıram, çünki ən böyük fəlakət sən oldun..


Ən dibsiz quyulardayam bu gecə sənsiz..

Ən dəli xəyallardı başımda..

Bu gecə özümdən qorxuram..

Geri istəyirəm sevdiyimi səndən eşidirsənmi???





Buzlu təpələrdə yataram günlər, gecələr boyu, amma geri ver sevdiyimi mənə!!!

Ürəyinin qapılarını arala, biz səninlə danışmadan bir-birimizi başa düşərdik, yalnız məni hiss et bu gecə...

Başqa əlləri tutmasa, əllərin, başqa gözlərə baxmasa, bal rəngi gözlərin, və daim səltənətim olsun ürəyində!!!

Bu gecə sənin olan ürəyim parçalanır yoxluğunda eşidirsənmi???



Gülərsənmi indi gözümdəki yaşlara???

Getmə, uğrunda verdigim can xatirinə..

Getmə, sənsiz darıxaram getmə!!!

Ayrılıq girdi qanıma!!!



Necə izah edərəm ürəyimdəki yanğınlara...

Getmə, səhərlərim günəşsiz qalarkən,

Ağrılar bədənimi əzib yoğurar.





Dözməz ürəyim qorxuları böyüdər...

Uğruna öləcək qədər sevdiyimsən, getmə...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!