Mənə arzulamağı öyrədin!

Mənə arzulamağı öyrədin!
Sevgi Dünyası
10.09.2017 8
Mənə arzulamağı öyrədin, bəlkə qorxularım ölə.

Mənim arzularım da balaca əsgərlər kimi öldü bu həyat davalarında, yerinə qorxularım var ölmüş üsyançı kimi.
Mənə arzulamağı öyrədin...
Payızdan bizi tərk edənlərin qoxusu gəlir...
Mənə arzulamağı öyrədin...


Boş küçələrdə itmək ağrısı doğulur ruhumda.
 

Mənə arzulamağı öyrədin...
Pozitiv düşünüm deyirəm, mütləq bir gün daha yaxşı, daha yaxşı olacaq... Ama düzəlmir, düzələnə də oxşamır
 

Mənə arzulamağı öyrədin...
Hamı özünə aid olan işə qarışsaydı, dünya yaşamaq üçün daha gözəl yer olardı.
 

Mənə arzulamağı öyrədin...


Ən pis agrılar kəllə beyin ağrıları

Ən pis susqunluq, ürəyin susması

Ən pis nəfəs,sonuncu sinəni tərk eləmiyən səs.

Ən güclü hiss məhv olmaq, əzizini görməmək hissidi.
 

Mənə arzulamağı öyrədin...
Bir günün sonuna gəldik və yeni günə başladıq... Bəs siz keçən günü son gününüz kimi yaşaya bildiniz?


 

Mənə arzulamağı öyrədin...
Əlini öz ovcunda gizlətdi Adam... Əllərin də balacadı, özün kimi dedi və güldü...

Mənim əllərim balaca deyil, səninkilər çox böyükdü dedi qız.. Adam güldü...
Mənə arzulamağı öyrədin...


İndi unutmaq istədiyim hər şey, bir zamanlar xoşbəxtlikdən öldürəcəkdi məni...
Mənə arzulamağı öyrədin...


Qışqırıb çığırıb dağıdıb getdisə qorxma...

Səssiz getdisə qorx geri dönməz birdə o qadın...


Mənə arzulamağı öyrədin...


Nə sevəni sevə bildik, nə də sevdiyimizə özümüzü sevdirə bildik. Ya
sevməyi bilmədik, ya da həddindən artıq sevdik. Ya da layiq olmayanı
seçdik...
Mənə arzulamağı öyrədin...
Kimə nə qədər çox yaxşılıq edərsən et,

O sənin həmişə yaxşılıq məqsədiylə etdiyin

pislikdən danışacaq... Bax Belə...


Mənə arzulamağı öyrədin...
Çünki bakirəliyini həyat yoldaşına saxlayan əksəriyyət qadınların dodaqları onlarla kişidən hamilə...
Mənə arzulamağı öyrədin...
Mən hər şeyi başa düşürəm sadəcə hər kəsi yola verirəm.. Çünki hər kəsə hər şeyi desəm çoxları özünə qəsd edər..


Mənə arzulamağı öyrədin...


Əvvəl insanlara yaxşı davranırdım, indi isə qarşılıqlı...


Mənə arzulamağı öyrədin...
İnsan yaşadıqca anlayır ki, öz qayığını özün çәkmәsәn heç bir yerә gedә bilmәzsәn...
Mənə arzulamağı öyrədin...


Özünüzü çox böyük, məğlubedilməz, hər şeyə qadir görürsünüzsə, deməli
işığa çox yaxın dayanmısınız. Gördüyünüz isə sadəcə sizin kölgənizdir...


Mənə arzulamağı öyrədin...


Nə üzlü insanları anladım, nə də üzsüzləri...


Mənə arzulamağı öyrədin...


Pessimist yalnız tuneli görür, optimist tunelin sonundakı işığı görür,
realist tunellə birlikdə işığı və gələn qatarı da görür... Başa düşən
düşdü ;)
Mənə arzulamağı öyrədin...


Bizi qoruyanların əslində bizi vuranlar olduğunu bilmirsiz, bilməyəcəylər...


Mənə arzulamağı öyrədin...
Yoxsan sən

Bu şəhərin kədərisən

Mənsiz haralara getmisən?

Nəfəsə gücüm yoxdu


Mənə arzulamağı öyrədin...


Yağış yağanda bütün hisslərimiz saflaşır. Bəlkədə hər kəs içindəki,
kiçik və ən saf körpə olur. Damlalar və külək üzə dəydikcə uçur için.
Dərin nəfəs və səssiz küçələrdəki, tanrının ən kiçik izlərinin dalınca
qaçır insan.


Mənə arzulamağı öyrədin...
Biri olmaq lazım, ən azından biri üçün...


Mənə arzulamağı öyrədin...
Hər günahın yükü üzərimə tonla yağar belə dar bu dünyalarda

Mənim sol mələyim qəddar sətirimə heyran olacaq mı görən..?
Mənə arzulamağı öyrədin...
Yorğun, vecsiz, bir-birinin ayağının altını qazan insanlar yığınıdı Bakı...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!