Düşünən Dəli (5. hissə)

Düşünən Dəli (5. hissə)
Sevgi Dünyası
10.09.2017 9
Yaxşı olacaq " deyənlər daha anlamırlar ki , sən bunun üçün əlindən
gələn və gəlməyən qədər çalışdın amma olmadı..bir halda ki doğmalarımız
yada , dost dediklərimiz yoldan keçənə , sevdiklərimiz sadəcə uzaqdan
bir tanışa çevirilibsə daha heçnə yaxşı olmayacaq ..
Tonlarla fransız kosmetikası bir damla göz yaşı ilə mübarizədə acizdir .
Və sən sağ olduğunu bilə bilə birilərini bu gecə yenə
öldürəcəksən..heç yaxşı iş görməyəcəksən dostum..ancaq belə
lazımdır..çünki , çünkisinin canı cəhənnəmə sadəcə belə lazımdır...
Heç kimi xarici görünüşünə görə mühakimə etməyin.. gördüklərimiz çox vaxt aldadıcı ola bilir ..
Vəziyyətin niyə kritik olduğunu birilərinə saatlarla başa salmaq
adamı çox yorur..mən ona görə kefimi soruşan hər kəsə hər şey normaldır
deyib keçirəm..
Zəng et ..elə bu dəqiqə bu saniyə bu statusu oxuya oxuya onun əzbər
bildiyin rəqəmlərini ekrana yaz .. nə qədər ki gec deyil " o "na onu
necə sevdiyini söylə..onun olmadığı günlərdə o-nsuz necə darıxdığını
söylə..ona kimsənin onun kimi olmadığını , kimsəni onun yerinə
qoymadığını söylə..inan mənə dostum..heçnə üçün gec deyil..
Arzularına doğru hansı sürətlə getdiyinin bir önəmi yoxdur..əsas odur dayanmayasan..
-Onu sevmirəm amma ondan xoşum gəlir..

-Onu sevirəm amma ondan xoşum gəlmir..
Onu gördüyündə yerişini itirdiyin , nə dediyini unutduğun , səni
tir-tir titrədən insanı yenə görürsən bu səfər illər sonra amma heç
tükündə tərpənmir..zamanmı həll edir? ..yoxsa yerini daha dəyərli
insanlarmı alır deyə bilmərəm..amma bilinən o ki , əgər sevirdiksə elə
biz özümüzdə vəfasızıq..
Sənsiz bu dünyada mənə heçnə lazım deyil sən belə ..
Çox düşünmək lazım deyil..bu səfər siz özünüzə düşünmək kimi bir
problem yaradırsız .. bu isə elə bir problemdir ki , həlli ya da
müalicəsi mümkün deyil..
Mənim sərxoş ikən etdiyim səhvlər sizin ayıq başla etidiyiniz səhvlərdən iki dəfə daha azdır bunu unutmayın..
Səndə anlamadığım bir şeylər var..heç kimdə görmədiyim ..
Bir həqiqət var ki , qadınlar qulaqları ilə sevir söhbəti çoxdan
ölüb..yəni şirin sözlər və vədlər daha keçmir..əmələ və etdiklərinizə
fikir verib sevər bir qadın..
Yer öz oxu ətrafında ona görə fırlanır ki , hər kəs xəyal edib
arzuladığı insanı tapsın..bu baş verdikdə isə dünya və zaman dayanır..
Baxın sərtlik əslində ürəyi yumuşaq insanlara xas xüsusiyyətdir..
sadəcə o , birinin çiyninə minib ayaqlarınızı salladığınızda üzə çıxar..
Sənin üçün darıxmıram.. gülüşün , gözlərin, nəfəsin, əllərin, sözlərin üçün darıxıram..amma sənin üçün darıxmıram..
Söz verib əməl etməyəcəksənsə bircə kəlmə sözü deməyi bacar..
Və bir həqiqət var ki uzun yola çıxanda sən çox suallara cavab tapırsan ..
İnsanları siqaret , alkoqol ,yaşadıqları həyat tərzi korlamır..İnsanları İnsanlar korlayır
Mən həyatım boyu iki dəfə sevmişəm..dəlilər kimi çox ürəkdən..və hər
ikisində əmin idim ki , bütün bu yaşadıqlarım əbədidir və mənimlə
ömrümün sonuna qədər yaşayıb , mənimlədə öləcək..amma düşündüyüm kimi
olmadı , hər ikisi bitdi mən isə gördüyünüz kimi hələdə sağam ..
Bir insanın həyatında nələrin çatışmadığını bilmək istəyirsənsə ona sadəcə bir sual ver..-

" Xoşbəxtlik nədir ? " ...
Sənə açılmayacaq olan qapını döyüb qürurunu sındırmaqdansa , darıxmaqdan gəbər daha yaxşı ..
Hər zaman küləyə əks istiqamətdə get .. Qoy o zaman arxanca tüpürsünlər ..
Tək qalmaq istəyirəm deyəndə , nəzərdə tutduğum qəlbin idi ..
Bütün kişilər eynidir deyən xanımlar..Məni Rəsulzadə , Eynşteyn ,
Şekspir kimi dahilərlə eyni tutduğunuz üçün sizə təşəkkür edirəm ..
Səni silib ata bilmədim ürəyimdən .. olsun bədənimdən atdim ürəyimi..
Bir qadın sadəcə bir kişi üçün qadın olmalıdır .. Geridə qalan hamı üçünsə sadəcə yaxşı insan ..
Sən həyatdan istədiklərini saydıqca mən bir tək səni istədim ..
Və bir gün gələr başa düşərsən .. Bəzi insanlar həyatında yox ürəyində qalacaq ..
Heç kimə lazım olmadığını düşünən insanlar əslində ən çox lazım olanlardır ..
Satılmış sevgilərin icarəyə verildiyi bu şəhərdə, "əsl sevgi" nədir bilənlər baş rolda yalnızlığı oynayırlarскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!