Yalanla bataqlıq arasında heç bir fərq yoxdur...

Yalanla bataqlıq arasında heç bir fərq yoxdur...
Sevgi Dünyası
10.09.2017 35
Nə qədər pisdir insanın təsəllini içkidə siqaretdə axtarması... Çoxmu çətindir əlini səmaya qaldırıb "ALLAH"a yalvarması?!



Yalanla bataqlıq arasında heç bir fərq yoxdur. İkisi də dibə doğru çəkər !



Şüşə qırıqları kimidir bəzən sözlər, Ağzına dolar insanın... Sussan, ağrıdar... Danışsan, qanadar...



Sanma ovuclarını səbəbsiz yerə açdığını.. Yaradan olmasa kim dinlər yalvarışını "Aça bilərdinmi hər səhər göz qapaqlarını..!



Stəkandakı su niyə "yarımçıqdır” deyə kədərlənəcəyinə, "yarısı da olsa var” deyə sevinənlərdən ol !...



Gedənin arxasından baxmayın yoxsa, gələni görə bilməzsiniz.



Bir kişinin bir qıza söyləyə biləcəyi ən gözəl söz "Bir daha sevəcəyim qız, bizim qızımız olacaq" deməsidir.



HƏYAT nə qədər gözəl olardı, Bir insan həm AŞİQ, həm də SADİQ olmağı bacara bilsəydi..!



Öyündürməsin səni yüksəklərdə uçuşun, Palçıq da göyə çıxar qanadında bir quşun.



Köhnə sevgiliylə barışdıqda yerdən deyil, aldandığınız yerdən davam edərsiniz ancaq.



Sahib olacağın hər şey, bir gün itirəcəyin şeylərdən yalnız biridir



İnsan ürəyi bir sandıqdır, Dodaqlar onun kilidi, Dil isə açarıdır.. İnsana o açarı yaxşı mühafizə etmək düşər..



"Kaş ki, tanımasaydım" dediyim heç kim olmadı mənim. "Kaş ki, məni tanımasına icazə verməsəydim" dediklərim oldu!



Eqoizm, gözünə ilişmiş ayna kimidir. O gözlər hara baxsa baxsın, özündən başqa birini görməz...



Hər şeyi bildiyini sanma! Gerçəkdə çox məlumatlı olsan da özünə cahiləm deyə biləcək cəsarətin olmalı.



Qüsur tapmaq üçün baxma birinə, tapmaq üçün baxsan taparsan, qüsuru örtməyi öyrənin, Məhz o zaman qüsursuz olarsan.!



Başqalarına qarşı zəfər qazanan qüvvətlidir, öz nəfsinə qarşı zəfər qazanan isə qüdrətlidir...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!