Məni xatırla...

Məni xatırla...
Sevgi Dünyası
10.09.2017 12
Məni xatırlayırsan? Səsimi, saçımı, nəfəsimi, ətrimi .... çoxdandı gəlmirəm bura, çalmıram qapını. ... mən sevgiyəm .... sən sevgiyə layiqsən ... amma sevgi sənə layiqdirmi ... bu gün Bir oğlanın sənə sevgi  məktubu Yazdığını eşitdim. ..həm də oğlan deyibmiş ki, "mən elə-belə oğlan deyiləm sev məni" .Sevgi adına cox  utandım ... əminəmki o solgun yanaqların necə də qızarıb, mavi gözlərinin qarası necə də böyüyüb ... Sevilməyin necə tıslama  oldugunu dostundan soruşmusan ... Mən neçə ildən Sonra inana bilmədim ki, bir, oğlan sevdiyi qıza Ozunu göstərərək, ya  da jestlərlə sevilməyə çalışsın..İndi məni unudublar.Adımı çəkəndə, deyirlər lənət olsun ona! yalandı sevgi! axi mən  Hami UCUN Böyük xoşbəxtliklər gətirirəm, parlaq ümidlə .Məndə günah yoxdu.Günah dəyərimi bilməyənlərdə, məni əslində  hiss etməyənlərdədi.Getmək olmur başqa yerə..indi Hami Yaşadığı həyəcanını, ürək döyüntüsünü sevgi adlandırır ... Sevgini dəlilər bilirdi, hiss edirdi .... indi sevərkən hami pula, yaraşığa, yaşayışa Aşıq olur ... Uzu görürlər, içə

baxmırlar.Ümid ... Ümid ... Bir Daha çığırmağa səsim yoxdu ... boğazım quruyub..ağciyərlərim isə zəif fidan kimi ... görəsən əvvəlki kimi sevən olacaqmı .... Sevgini isti Bir

yerdə, qəlbin dərinliyində tıslama edən, onu qorumaq UCUN can fədasına kurban gedənlər varmı yenə .... sən de..oralarda var belələrindən? Mavi gözlərindəki yalnızlığı, saf və məsum uşağı, əllərinin istisindəki şəfanı görüb sənə ürəyini verən

varmı .... ya səni də fırladırlar ... yalancı "sevgi" dedikləri o Böyük şərəfsizliyi özlərində daşımaq alçaldır mənim

Adımı .... hələ də inana bilmirəm ki, sən sevilməyi özünə cox görürsən..rəfiqəsindən biri tərəfindən sevilmənin necə tıslama

oldugunu soruşan qız .... gəl, aç qapını ... mən gəldim ... saxla və qoru məni ... bərk-bərk tut əlimdən, ümidim sənsən ..... məni  vermə onlara ... məhşər ayağına çəkilmək kül edər məni .... dinləməzlər .... sən qoru məni və heçkimə vermə..o isti qəlbində  mənə də yer var əminəm .... onlarin Hər Şeyi var məni məhv etməyə.Səninsə yeyilmiş dırnaqların, titrək əllərin və isti  qəlbin var .. .mənimsə ümidim var.O da sənsən!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!