Bu qədər yalan həyata yapışmaq niyedir?

Bu qədər yalan həyata yapışmaq niyedir?
Sevgi Dünyası
10.09.2017 6
Tam "həyata bağlandım"deyərkən bir yerdə çökmək...
Acı bir xəbərlə yıxılmaq!
Ölməyi istəmək... Bir saniyəliyinə ölümü seçmək...
"Keçər"demək mənasızdır artıq.
Havaya qarışmaq, dənizə qarışmaq, hər şeyə 'əlvida' demək...
Ruhum bədənimdən ayrılar da mən bir mələk kimi göyə yüksəlsəm qanadlarım olarmı görəsən?
Bir mələk... Sevgilinin son sözləri kimi,
mələk...
Yalan sevgilinin yalan sözləri...
Yalan sevginin qalan son yalan qırıntıları...
Yalan həyatın yalan insanları, yalan kütləsi...
Yalan bir sonluğun yalan hekayəsi...
Yalan zamanın yalan tuta bilmədikləri...
Yalan xatirələrin yalan içindəkiləri...
Yalan bir mələyin qırılan yalan qanadları...
Yalan gecələrin yalan saxlaya bilmədikləri...
Yalan bir həyatın yalan insanı...
Bu qədər yalan həyata yapışmaq niyedir?
Buraxsalar da o göyə çıxan halımda bir qanadlarıma baxa bilsəm
artıq varmı yoxmu. Buraxsalar da getsəm artıq ən tezindən. Buraxsalar da
ağlaya bilsəm artıq içimdən gəldiyi qədər.
Buraxsalar da rol etməyi buraxıb ağrımı yaşaya bilsəm artıq özümcə.
Buraxsalar da bir gecə küçəyə çıxıb "bəsdi" deyə qışqıra bilsəm
avaz avaz. Buraxsalar da getsəm artıq buralardan. Buraxsalar da zorla
yeməsəm, zorla içməsəm bu yalan hər şeyi davam etdirə bilmək üçün.
Buraxsalar da doya doya axıtsam gözyaşlarımı qırıq ürəyimə. Buraxsalar
da titrəyən əllərimlə basdırsam bütün konkret xatirələri ya torpağa ya dənizə. Buraxsalar da...
Ən məqsədsiz zamanlarda belə yapışacaq bir şey vardır deyilmi həyatda?
"Heç yoxdan bunun üçün yaşamalıyam" deyərsən. O səbəb belə
yalandır. Yaşanası o səbəb belə olmasa da olar.
Necə olsa özünü yaşadacaq o səbəb. Sən olsansa da olmasansa da...
Həyat! Sənə deyirəm...
Yalansansa əgər, tələsənsə əgər, keçib gedirsənsə əgər dayanma!
Qurtar və get! Qurtar sonunu görək. Meydan oxuduğun təsadüf əziyyətlərin
qırılan xəyali qanadıma bir yeni ağrını daha əlavə etmədən qurtar artıq.
Qurtar ki bir yalanını daha görməyim...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!