Sənsiz keçirdiyim hər an mənə düşmən!

Sənsiz keçirdiyim hər an mənə düşmən!
Sevgi Dünyası
10.09.2017 8
Mənim sənli yayım. Hər fəslimdə, ilimin hər aylarında həyatımdasan. Məndəsən, mənimləsən.



Darıxmaq... Qısqanclıq... Göz yaşları... Və sevgi... Yəni budu sevginin tərifi!? Amma mənim üçün tərif başqa cür idi axı... İkinin bir olması... Eyni istiqamət...



Bir gün üzr istəyəcəyini bilirsənsə nə üçün incidirsən bu ürəyi... Sənsiz asan deyil ki, çətinliyə dözümlülüyümü yoxlayım özlüyümdə.



..Sevginin qədərinnən danışmaq istəyirəm! Bu yaşıma qədər sevginin "qədəri"ni ölçə bilməmişəm. Mənim  üçün sevgi qədərsizdi. Yəni hər hansı bir ölçü vahidi ilə sevgini sıxmaq, çərçivəyə salıb sərhədlərini bağlamaq... Mənim üçün ağılasığmazdır. Dünya qədər!?

Can qədər!? Həyat qədər!? Özü qədər!? Sonlu deyilmi hamısı!? Belə çıxır ki, sevginin də sonu var? İnsan ölümsüz deyil doğrudur və ruh cismi tərk edən zaman bütün duyğulardan ayrılır, amma ölümsüz olan nə qədər sevgilər var!!!

Bəs mənim sevgimin "qədər"sizliyi nə qədərdi?



İstərdinmi qeyri real gələcəyə baxmaq? Nəfəsimizi dərmədən arzuladığımız günlər. Hisslər… Daha nələr,

nələr… Dinlə:

Gəl açaq qanad,

Gəl uçaq göyə,

Gəl qoşul mənə,

Gəl qoşul qaçaq...

Hisslərimi ifadə edə bilməyəcək qədər acizəm… Səni sənə danışa bilməyəcək qədər cahiləm… Səninlə olarkən sənsizlikdən diksinən qorxağam… Dinlə: Sən yaşa, Mən yazım

Mən yaşamasam da olar, mən razı...

Tək cümlə, iki kəlmə YAZIRAM…

Səni sevirəm!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!