Sevgilimə...

Sevgilimə...
Sevgi Dünyası
10.09.2017 23
Səni sənə anlatmaq istəyirəm

Səni sənə tərif etmək sənə məndəki səni izah etmək istəyirəm

Çöldə gözəl bir bahar var

Pəncərəni açıb çiçəklərin ətrini içinə çəkmək istəyirsən quşlar cəh-cəh vurur, rənbərəng kəpənəklər uçur

Baxırsan və bu gözəllikdən doymursan..

Bax sən mənim BAHARIMSAN!



Səni sənə anlatmaq istəyirəm

Səni sənə tərif etmək sənə məndəki səni izah etmək istəyirəm

İsti səhrada gəzərkən susayırsan və bir sərin içki tapırsan

Kimsənin olmadığı adada qumda uzanıb günəşlənirsən

Ən hündür zirvəyə çıxıb onun adını var gücünlə bağırırsan

Soyuq qış axşamında yastığını o zənn edib bərk-bərk qucaqlayırsan

Bax sən mənim XƏYALLARIMSAN!



Səni sənə anlatmaq istəyirəm

Səni sənə tərif etmək sənə məndəki səni izah etmək istəyirəm

İllər sonra çox sevdiyin bir dostunu görürsən

2 manatlıq kupona ev udursan evə gəldiyində anan ən sevdiyi yeməyi bişirdiyini görürsən

İstədiyin hədiyyəni sənə aldıqlarını görürsən

Sevincindən dəli kimi qışqırırsan...

Bax sən mənim tükənməz SEVİNCİMSƏN!



Səni sənə anlatmaq istəyirəm

Səni sənə tərif etmək

sənə məndəki səni izah etmək istəyirəm

Gecələr dəniz kənarında ulduzlara baxmaq

ay işığı altında səninlə əl-ələ tutub qaçmaq

Yuxu nədir bilməyərək onunla olmaq

Günəşin çıxmasına qədər səni qucaqlamaq

nə qədər xoşdursa...

Bax sən mənim bitməyən GECƏMSƏN!



Səni sənə anlatmaq istəyirəm

Səni sənə tərif etmək sənə məndəki səni izah etmək istəyirəm

Sevirəm içində birini gizlicə toxunmaq istəyirəm sənə bacara bilmirəm yanaqından öpmək istəyirəm edə bilmirəm sənin gözlərinin içinə baxıb nə qədər sevdiyimi demək istəyirəm amma sadəcə səni arzu edə bilirəm...

Bax sən mənim gerçəkləşməyən ARZUMSAN!



Mən daha sənə bunları yazmayacağam...

Mən sənə sadəcə 1 cümlə yazacağam...

Yadındadır sənə deyirdim mən hər gecə yatmazdan öncə Allaha DUA edirəm.

Bax mən Allahdan hər gecə...

Səni dünyaya bəxş etdiyi üçün ona təşəkkür edirəm...

Səni mənə verdiyi üçün ona şükr edirəm...

Səni hər bəladan, acı gündən, kədərlənməkdən, ağlamaqdan, pis günlərdən qoruması, üzündəki o şirin təbəssümün əksilməməsi üşün DUA edirəm...

Çünki SƏN MƏNİM DUALARIMSAN!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!