Bunlara düzgün əməl etsəniz, xəyanət görməyəcəksiniz

Bunlara düzgün əməl etsəniz, xəyanət görməyəcəksiniz
Sevgi Dünyası
10.09.2017 2
Sevdiyiniz insanın xəyanət etməsinin qarşısımı alçaq istəyirsinizsə, əlaqənizdə çox rahat davranın.

Sevgilinizlə xoşbəxt olduğunuz üçün özünüzü unutmamalısınız. Sizi xoşbəxt edən şeylərə əsla laqeyd yanaşmayın.

Özünüzə laqeyd yanaşıb, hər vaxt etdiyiniz şeylərdən imtina etsəniz
sevgiliniz sizin başqa birinə çevrildiyinizi düşünə bilər. Bir gün artıq
aşiq olduğu adam olmadığınızı fərq edə bilər.

Bu səbəblə əlaqəniz boyunca özünüzə dəyər verməyi, özünüzü inkişaf
etdirməyi və özünüz üçün nələrsə şeylər etməyi əsla unutmayın.



Həddindən artıq idarəçi olub sevgilinizi boğmayın!

Eynilə sizin azadlığa ehtiyac duyduğunuz kimi sevgiliniz də azad olmağa
ehtiyac hiss edər. Əlaqənizdəki qaydalarla əlaqədar nə qədər onu
sıxsanız, sevdiyiniz insan özünü o dərəcə məhdudlaşdırılmış hiss edəcək
və heç olmasa bir dəfə də olsun öz qərarını özü verə bilmək üçün
qoyduğunuz bütün qaydaları yıxmağa çalışacaq.



Ona arzulandığını hiss etdirin!

Yalnız sevgililəri tərəfindən arzulanmadığını hiss etdiyi üçün aldatmağı seçən bir çox kişi var!

Sevgilinizin onu nə qədər cazibədar olduğunu bildiyindən əmin olun. Ona
qarşı hiss etdiyiniz ehtirası və arzunu hər fürsətdə ona göstərməkdən
çəkinməyin.

Əlaqənizin ilk günlərindən bəri onu eyni şəkildə arzuladığınızı və
onunla əlaqədar xəyallar qurduğunuzu sevgilinizə bildirin. Sevgiliniz,
aradan keçən zamana baxmayaraq əlaqənizdəki qığılcımların sönmədiyini
anlayacaq.



Hisslərinizin çatdırın. Qadınlar heç bir söz söyləmədən də ünsiyyət qura bilərlər.

Əgər özünüzü kədərli, ehtiraslı ,ya da xəyal qırıqlığına məruz qalmış
hiss edirsinizsə, bu hissinizin nədən qaynaqlandığını tapmağa çalışın.

Əgər özünüzü pis hiss etmənizə səbəb olan şeyin sevdiyiniz insanla bir
əlaqəsi yoxdursa, bu duyğularınızın əlaqənizə pis təsir etməsinə icazə
verməyin.



Əgər sevgilinizin sizi aldatmasının qarşısını almaq istəyirsinizsə, münasibətlərinizə zaman və duqqət ayırın.

İşdə çox məşğul olduğunuz üçün ya da bütün gündəlik məsuliyyətlərin altında əzildiyiniz üçün əlaqənizə laqeyd yanaşmamalısınız.

Əlaqənizin düz irəliləyə bilməsi üçün lazım olan diqqəti mütləq göstərməlisiniz!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!