Sən sevməyi sevirem!

Sən sevməyi sevirem!
Sevgi Dünyası
10.09.2017 13
Səni sevirəm.Səni sevməyi sevirəm,sən mənim canımdan bir parçasan.Səni düşünməkdən,arzulamaqdan,xəyal etməkdən gözəl heç nə yoxdur mənim üçün.Bütün ümidlərimi sənə bağlayıb gələcəyi səninlə qurdum xəyalımda.Sənə canım dedim,amma səni canımdan çox sevdim,ürəyim dedim,çünki ürəyim hər döyüntüsündə səni andı.Bütün sevgimi sənə verdim,bütün ümidlərimi sənə bağladım,səni taleyim bildim.Tanişligimiz təsadüf deyil,Allahın bir hikməti sandım.Səni bütün varlığı ilə sevən,gedişində hər dönüşünü gözləyən,gecə-gündüz Allaha yalvarıb səni həyatına qaytarmasını istəyən,səni düşündükcə göz yaşları heç bitməyən bir kəsə.Məni xoşbəxtliyin şirinliyin daddırıb,sonra için yanmadan,gedişinlə dünyasını yıxdığın,dərdləri ilə,göz yaşları ilə,həsrətinlə tənha qoyduğun,heç onun halını başa düşmədən həyatını yıxdığın insana dönüb geri baxmadan getdin.Gələcəyə ümid verib axırda bütün xəyallarımı yıxdın.Sənsizliyin nə qədər yaşanılmayacaq olduğunu bilə bilməzsən!Etdiklərinə baxmayaraq hələ də səni sevirem,səni arzulayıram,dönüşünü gözləyirəm bir daha heç dönməyəcəyini bilsəm də.Sən mənim sevgimi ayaqlar altına atdın əzdin,əzdin,əzdin,amma bu qəlb səni sevməkdən heç bir zaman üz döndərmədi.Sən mənim hər şeyim idin,indi sən yoxsansa menim heç nəyim yoxdur.Sadəcə bir şey,o da ürəyimdə sənin qayıdacağın günü mənə deyən sadəcə bir kiçik ümid var!mən indi o ümidə görə yaşayıram!Sən mənim gözlərimdə ki,sevincim,dodağımdakı təbəssümüm,qaranlıq gecələrimin işığı,sabahlarımın nuru,həyatımın mənası idin...Mən səni çox SEVMİŞDİM...!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!