Bir hüzünlü eşq hekayəsi...

Bir hüzünlü eşq hekayəsi...
Sevgi Dünyası
10.09.2017 11
Sizə hüzünlü bir eşq hekayəsi danışmaq istərdim. Bəlkə də çoxunuz bunu bir hekayə olaraq qəbul edəcəksiniz, amma inanın ki, bu bir həqiqət, həyatda olan bir hadisədir. Əslində fərq etməz kim heakyə kimi, kim reallıq olaraq qarşılayacaq, əsas olan budur ki, hamımızın bu acı hekayədən çıxaracağımız bir nəticə olacaq. Mən bu başdan çıxardığım nəticəni yazım: əlinizdəkilərin dəyərini bilin, nə qədər ki, yaşayırsınız sevdiklərinizə zaman ayırın. Sevdiklərinizə zaman ayırın, zaman sevdiklərinizi sizdən ayırmadan...

Nərminin 19 yaşı təzə tamam olmuşdu, universitet tələbəsi idi. İnternetin ölkəmizdə təzə-təzə yayıldığı bir dövrdə, o da internet aludəçisi oldu. Və chat saytlarının birində həyatının eşqiylə tanış oldu. Əhməd isə 22 yaşında universitetdən yeni məzun olmuş işsiz bir gənc idi. İki gənc internetdə tanış oldu və gecələr boyu davam edən uzun söhbətlər, yazışmalar...sevgi mesajları... sonunda özlərini virtual bir sevginin ortasında gördülər.

Aradan 3 ay keçmişdi. Gənclər bir-birlərini çox sevir, az qala günün 10 saatı davamlı gah danışır, gah mesajlaşırdılar. Hamımızın sevgilimizlə etdiyimiz normal qəbul edilən bir söhbət deyə bilərik...

Belə-belə aradan 2 il keçdi. Gənclər heç bir dəfə də olsun üz-üzə görüşməmişdilər. Günün birində Əhməd görüş təklif etdi. Universitetdən yeni məzun olan Nərmin bunu qəbul etdi və ilk görüşmə günü gəldi çatdı...

Bilmirəm aranızda və ya tanışlarınızdan internet vasitəsiylə tanış olub görüşün varmı, ya yox. Sözüm odur ki, o həyəcanı ancaq yaşayanlar bilər...

Görüş yerinə ilk gələn Əhməd oldu. Həyəcanla Nərminin gəlməsini gözlədi. Və Nərmin görüş yerinə gəldiyində böyük bir xəyal qırıqlığı yaşadı. O, 2 il eşq yaşadığı , həyəcanla sevdiyi oğlan əslində ona tam bir yad idi. Kompüter başında yaşadığı həyəcanın onda birini belə hiss etməmişdi. Hətta oğlanı heç bəyənməmiş , ona qarşı heç bir istilik hiss etməmişdi belə...

Əhməd isə Nərmini çox sevir, virtual mühitdə nə hiss edirsə gerçəkdə də eyni duyğuları yaşayırdı. Təbii ki, Nərminin soyuqluğunu o da fərq etmişdi. Nərmin görüşmədə xəyal qırıqlığı yaşadığı üçün görüşməni çox uzatmadı və sanki yad biri ilə vidalaşırcasına qısa bir "sağ ol" ilə oradan ayrıldı. Görüşərik belə demədi ...

 

Əhməd yıxıldı. Bəli, tam mənasıyla içində olduğu vəziyyəti belə açıqlaya bilərik. Ordaca yıxılaraq qaldıı. Nərmini həqiqətən çox sevirdi. Və bu yaşadıqlarına məna verə bilmirdi. Sonra Nərmini çox axtardı. Amma Nərmin heç danışmadı. Nə mail ilə nə telefon ilə heç bir şəkildə Əhmədlə danışmadı.

Əhmədə verdiyi tək cavab: Seni bəyənmədim oldu ...

Nərmin gözəl bir qız idi. Universitetdən məzun olmuş gənc bir müəllim namizədi, gözəl bir qadın və heç bir kişinin xeyr deməyəcəyi gözəllikdə bir qadın idi.

Halbuki Əhməd sıradan biri idi. Və həm də işsiz idi... Nərmin onsuz da bu vəziyyəti tez-tez gündəmə gətirir, Əhmədə eşitdirirdi.

Əhməd çox çalışdı Nərmin üçün, sevgisi üçün çox vuruşdu. Sırf Nərmin ona dönsün deyə imtahanlara hazırlaşdı və məmur olaraq bir dövlət dairəsinə işə təyin edildi. Artıq işi də vardı. Amma Nərmin yenə "xeyr" deyirdi... Əhmədə onun kasıb və çirkin biri olduğunu söyləyir, onu dəfələrlə qırırdı. Əhməd isə Nərmini yenə də çox sevir, ondan əsla ayrıla bilmirdi.

Günün birində Əhməd də imtina etdi. Və axtardığı xoşbəxtliyi başqa qızlarda tapmağa çalışdı. Evlənib bir ailə qurmaq ən böyük xəyalı idi. Özünə uyğun bir qız ilə tanış olan Əhməd qısa müddətdə evləndi və ailə qurdu...

Nərmin isə gözləmədiyi bir zamanda faciəvi bir yol qəzası keçirərək sol ayağını itirdi. Dizdən kəsilən ayağı artıq heç olmayacaqdı. Üstəlik bütün ailəsini də eyni qəzada itirmişdi. Artıq uzaq qohumları xaricində ailəsi də yox idi. Tamamən kimsəsizləşdi...

Həm əlil, həm də kimsəsiz qalan Nərmin Əhməddən mədət ümid edərək onu axtarmağa başladı. O həmişə rədd etdiyi, bəyənmədiyi və ortada buraxdığı Əhmədin ona sahib çıxacağını düşünürdü. Əhməd eyni Əhməd isə əgər, Nərminə sahib çıxacaq deyə düşündü...

Və Nərmin Əhmədi tapdı. Onunla görüşmək istədiyini söylədi. Əhməd artıq evli olduğunu, həyat yoldaşı və doğulacaq bir körpəsi olduğunu söyləyərək görüşmənin heç də doğru bir davranış olmayacağını söylədi. Nərmin Əhmədin evli olduğunu öyrənincə yıxıldı...bir zamanlar Əhməd yıxılan kimi...

Anladı ki, son peşmanlıq fayda etməz...

Sizi sevənlərin dəyərini bilin və peşman olmadan tərk etdiklərinizə dönün...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!