Cəhənnəmin od-alovu

Cəhənnəmin od-alovu
Sevgi Dünyası
10.09.2017 14
Bir gün Bəhlul Danəndə yoxa çıxır. Xəlifə Harun onu hər yerdə axtarır, amma tapa bilmir. Bir müddətdən sonra Bəhlul qayıdır. Onu görənlər xəlifənin onu axtardığını deyirlər. O da xəlifənin yanına gəlir.

Xəlifə soruşur:

- Bəhlul harada idin? Səni axtarmaqdan yorulduq. Getdiyin yeri bizə niyə bildirməmişdin?

Bəhlul cavab verir:

- Evimdə odunum, alovum qurtarmışdır, getmişdim cəhənnəmə ki, oradan od-alov gətirəm!

Xəlifə gülərək soruşdu:

- Nə oldu gətirə bildinmi?

Bəhlul: - Yox!!!

Xəlifə zarafatla:

- Niyə? Orada sənə od-alovu qıymadılar?

Bəhlul:

- Yox, məsələ onda deyil. Sadəcə dedilər ki, burada nə odun var, nə də alov!

Xəlifə maraqlı halda soruşdu:

- Necə yəni od-alov yoxdu, bəs cəhənnəmin odu-alovu haradadı?

Bəhlul:

- Dedilər ki, burada nə odun var, nə də alov. Buranın odunu da, alovu da dünyadan gətirəcəklər..... Bəli dünyadan, burannın odunu və alovu dünyadakı günahkar insanlardır. Odunla, alovu onlar cəhənnəmə gətirəcəklər.!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!