Kimsənin etdiyi yanında qalmaz - Rəvayət

Kimsənin etdiyi yanında qalmaz - Rəvayət
Sevgi Dünyası
10.09.2017 47
Abbasi xəlifələrinin beşinci xəlifəsi Harun Əl Rəşid bir gün baxçasında bir gülü bəyənərək bağbanına əmr edir ki, o gülə xüsusi olaraq qulluq etsin və qorusun. Bağban da elə həmin gündən o gülün üstündə əsməyə başlayır. Günlərin birində səhər tezdən bağban bağçaya gələndə görür ki, bir bülbül həmin gülün bütün ləçəklərini qopardıb yerə töküb. Bağban başı alovlu tez xəlifənin yanına qaçaraq bu xəbəri ona çatdırır.

Xəlifə səbrlə deyir:

- Üzülmə bağban üzülmə. Bülbülün etdiyi yanında qalmaz.

Bir müddət keçəndən sonra bağban bağçada gəzərkən görür ki, bir ilan həmin yarpaqları tökən bülbülü udur. Tez xəlifənin yanına qaçaraq deyir ki, ya xəlifə baxçada bir ilan həmin bülbülü udub yedi.

Xəlifə yenədə aramla deyir:

- Üzülmə bağban üzülmə. İlanın etdiyi yanında qalmaz.

Yenədə bir müddət keçir, bağban baxçanı belləyirdi. Birdən bel həmin bülbülü udub yeyən ilanın başını üzüb öldürür. Bağban sevinərək xəlifənin yanına qaçaraq bu xəbəri xəlifəyə bildirir.

Xəlifə yenədə deyir:

- Gözlə bağban gözlə. Sənində etdiyin sənin yanında qalmaz.

Bir müddət keçir, vaxt gəlir bağban böyük bir xəta işləyir və saray qulluqçuları onu tutub xəlifənin yanına gətirirlər. Xəlifə əmr edir ki, onu zindana atsınlar. Bu zaman bağban dillənərək deyir:

- Sultanım, bülbülün etdiyi yanında qalma dediniz, onu ilan uddu. İlanın da etdiyi yanında qalmaz dediniz, ilanı da mən öldürdüm. Mənə də dediniz ki, sənində etdiyin yanında qalmaz indi məni də zindana atırsınız. İndi elə düşünürsünüz ki, sizin etdiyiniz sizin yanınızda qalacaq? İndi siz mənə rəhm edin ki, sizə də rəhm etsinlər.

Xəlifə fikirləşərək deyir:

-Bu bağban düz deyir, bunu azad buraxın, getsin güllərini sulasın. Saray qulluqçuları xəlifəyə deyir ki, Ya xəlifə indi bunun etdiyi bunun yanındamı qalacaq?



Xəlifə deyir:

- Yox bu elə düşünür ki, bunun etdiyi yanında qalacaq, amma belə deyil. Bu dünyada cəzasını almayan, mütləq cəzasını axirətdə alacaqdır! Amma qafil insanlar elə düşünürlər ki, onların etdikləri onların yanında qaldı və onlar nə istəsələr edə bilərlər.

Heç şübhəniz olmasın ki, kimsənin etdiyi pis əməl cəzasız qalacaq. Rəhmli və Ədalətli olan O böyük Allah-Təala mütləq məzlumun haqqını zalımıdan alacaqdır. İstər bu dünyada, istərsədə qiyamətədə mütləq ədalət bərpa olunacaqdır. İnşallah!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!