Canım atama həsr edirəm

Canım atama həsr edirəm
Sevgi Dünyası
10.09.2017 18
Zaman bütün xəbərlər analardan ibrət hekaylərlə bəzədildi. Daima analar diqqət mərkəzində oldu.

Amma mən bu xəbərimi yaşama səbəbim, yer üzündə Allahım bildiyim, Atamın timsalında bütün atalara həsr edirəm.

Ata böyük və əvəz edilməz varlıqdır. Ata bizim arxa, dayağımız, əminliklə tutacağımız güman yeridi.

Hələ özümü belə yaxşı tanımadığım vaxtlarda atama çox bağlı olmuşam. Yaxınlarımın rəfiqələri anaları olduğu halda, mənim dostum atam olub.

Bu gün ki, gündə də atamla dostuq. Ani bir üzüntümü hiss edir. Kefim olmayan vaxtlarda üzümdə ki, təbəssümün saxta olduğunu anlayır.

Tək qaldığımız vaxtlarda "Hə indi de görüm mənim anama nə olub?"sözü ilə başlayır söhbətimiz.

Bütün dərdlərimi atama deyib, rahatlayıram. Övladlarını incidən ata görəndə anlamıram ki, niyə belə edirlər.

Atalarını sevməyən övlad görəndə üzülürəm. Hələ indiyə qədər atam cəza verməyib mənə.

Atamın bir sözü var: "Övladı vurmaq, döymək vicdanda deyil"... Anamlada yaxınam, amma bilmirəm nə sirrdi atama lap çox bağlıyam.

Harda olsam ondan danışıram. Hər kəsin ona olan hörmətini görəndə sevinirəm.

Bir çoxları atasının adından istifadə edib yüksəlsədə, mən heç vaxt atamın adından öz mənafem üçün istifadə etmədim!

Amma atamın adı yaşıl işıq olub mənim üçün bu həyatda. Öz zəhməti ilə qazanın bu hörməti.

Atamdan günlərlə danışıram. Bəlkədə bu qədər bağlılığımın səbəbi, simaca atama çox bənzəməyimdi. Atalar müqəddəsdir.

Bu saytda xəbərlərdə kişikləri təhqir edənlər olur. Amma bu mənə çox pis gəlir. Çünki kişi tək ər deyil. Atadır, qardaşdır!

Kişi deyiləndə atam gəlir gözümün önünə. Hər zaman atama görə kişikləri müdafiə edirəm. Allah hər kəsin valideyinini qorusun.

Allah bir günümü belə atasız yazmasın. Atamdan bir saat öncə belə olsa, dünyayla vidalaşım.



Yaxşı ki, varsan ATA ! ! !



P.S.Xəbəri hazırlayarkən göz yaşlarimi saxlıya bilmədim...RƏBBİM valideynlərimizi qorusun...Amin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!