Münasibətlərdə dürüstlüyün əhəmiyyəti

Münasibətlərdə dürüstlüyün əhəmiyyəti
Sevgi Dünyası
10.09.2017 18
Müsbət və müvəffəqiyyətli münasibətlər qurmaq xeyli vaxt alır. Sağlam bir münasibət qurmaq üçün çox yaxşı ünsiyyət qurmalı və qarşımızdakını dinləməyi öyrənməliyik. Başqalarının fikirlərinə hörmət etməliyik. Bəzən başqalarının istəklərini öz istəklərimizin qarşısına qoyarıq. Bunların hamısı daha yaxşı münasibət qurmaq üçün etdiklərimizin bəziləridir, amma heç bir şey güclü və uzun müddətli münasibət üçün dürüst olmaq qədər vacib deyildir. Dürüstlük bütün münasibətlərin qurulduğu təməl daşdır.



Güvən və hörmət  hər münasibətdə olduqca vacibdir.

Qarşılıqlı güvən və hörmətin yaradılması dürüstlüyün göstəricisidir. Əgər bu qurulmağa çalışılan dürüstlük qüsurlu və ya zəifdirsə, müvəffəqiyyətli və müsbət bir münasibəti davam etdirə bilmək üçün lazım olan güvəni yaratmaq mümkün deyil deməkdir.



Bu, iş həyatında və şəxsi münasibətlərdə də vacibdir.

İş dünyasında yaxşı bir karyera üçün səy göstərən biri öz xətaları və qüsurları da daxil olmaqla bir çox maneəni aşa bilər. Ancaq öz düzgünlüyünü sübut etmiş və başqalarının hörmətini qazanmış biri zirvəyə doğru yüksələ bilər.



Sağlam münasibətlər qurmağınız üçün bir neçə əsas

Güvəniləcək biri olmaq kiçik şeyləri belə sevərək etməkdən keçər. Bir dəfə güvəninizi boşa çıxaranlara bir daha güvənməməyiniz deyilib hər zaman. Qarşılıqlı güvən yaratmaq zaman və səbr tələb edir. Kiçik bir xəyanət belə (nə qədər böyük və ya kiçik olduğu fərq etməz) sahib olmaq istədiyiniz güvəni sonsuzadək itirməyinizə səbəb olar.



Dürüstlük və güvənilir olmaqda qərarlı olun: Dürüst bir insan olmaq, şüurlu şəkildə verilən bir qərardır. Necə reaksiya verməyinizi düşünüb necə bir böhranla üzləşəcəyinizi gözləməyə əsas yoxdur. Düzgün və güvəniləcək biri olmaq üçün elə indi qərar verin. Qarşılığında mükafat almayacağınız bu qərarı verin. Təbii ki, dürüstlüyünüzü pul, ad-san, şöhrət, güc ya da hər nə olursa olsun, heç bir şey üçün satmamaqda qərarlı olun.



"Doğru olanı et.” sözünü şəxsi məqsədlərinizin və günlüyünüzün ilk sırasına yerləşdirin: həqiqətən, dürüst olan biri qarşılığında şəxsi bir şeyi itirmiş olsa belə dürüstlüyündən əsla güzəştə getməz.



Cəmiyyət içində necəsinizsə, şəxsi həyatınızda da elə olun: Heç vaxt kiməsə və ya nəyəsə görə başqasıymış kimi davranmağa çalışmayın. Xarakterimiz heç bir zaman dəyişdirmədiyimiz hərəkətlərimizə görə müəyyən edilir.   



Dürüstlük hamımızın dostudur.

Dürüstlüyünüz ən güvənli dostunuzdur. Əsas olanlardan və doğru yoldan büdrəməməyinizi təmin edər. Mənfi tənqidləri qarşınızdakını üzmədən diqqətə almağınızı və işinizə yarayacaq olanlardan özünüzə dərs çıxarmağınıza kömək etmiş olacaq. Dürüstlük sizi münasib olmayana məğlub olmaqdan xilas edəcək və maneələrə qarşı durmanızı təmin edəcəkdir.



Dürüstlük həm də münasibət qurduğunuz insanlar üçün də vacibdir. Dostlarınız və iş yoldaşlarınız sizin gəl-getlərinizdən narahat olmaq məcburiyyətində qalmazlar. Sizin necə biri olduğunuz, nəyi müdafiə etdiyiniz və nələrin arxasında durduğunuzu bilirlər. Sizə güvənə biləcəklərini çox yaxşı bilirlər.



Dürüst bir insan olaraq müvəffəqiyyətli münasibətlər qurmağın ən önəmli təməlini atmış olursunuz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!