Pulu çox sevən insanlar

Pulu çox sevən insanlar
Sevgi Dünyası
10.09.2017 11
Bir zamanlar pulu çox sevən insanların yaşadığı bir ölkə varmış.Bu insanlar həmişə daha çox pul qazanmaq istəyirmişlər.

   

Bir gün xalqı sevindirən bir hadisə baş verir.Göydən pul yağmağa başlayır.İnsanlar sevinclə pulları yığıb çuvallara doldururlar.Artıq hamının çoxlu pulu olur və istədikləri kimi xərcləyirlər.

   

Əvvəl hər şey yaxşı idi,ancaq bir müddətdən sonra insanlar işləmək istəmədilər.Çünki artıq pula ehtiyacları yox idi.Mağazalar,restoranlar,fabriklər bir-bir bağlandı.İnsanlar almaq istədikləri şeyi heç yerdə tapa bilmirdilər.Bununla yanaşı ,həm də göydən yağış yerinə pul yağdığı üçün quraqlıq baş vermişdi,meyvə-tərəvəz ,taxıl qurumuşdu.

 

Pulla xoşbəxt ola biləcəklərini düşünən insanlar çox peşman olmuşdular."Pul sadəcə ehtiyaclarımızı ödəmək üçün bir vasitə imiş "-deyirdilər.Artıq göydən pul yağanda heç kim sevinmirdi.Yağış yağsın deyə hamı dua edirdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!