Əslində mən

Əslində mən
Sevgi Dünyası
10.09.2017 10
Hərdən düşünürəm ki, nəcəb mənim xoşbəxtliyim bu qədər uzun çəkdi? Fərqi nədir ki, heç bitməsin bəs edər mənə..

Bu aralar Fidanla dərslərimiz heç cürə düz gəlmirdi. Heç cür görüşə bilmirdik. Onlarda dərs  8:30-da , bizdə isə 09:00-da başlayırdı. Evdən də tez çıxa bilmirdim. Nə vaxt evdən tez çıxdığımı görsəydilər evdəkilər elə həmən an dəli edirdilər adamı. Heç məhkəmədə hakim dustağa törətdiyi cinayət səbəbindən bu qədər sual verməzdilər ki, bizimkilər evdən 10 dəqiqə tez çıxdığıma görə o qədər sual verirdilər. Hara gedirsən indidən? Universitetin qapılarını sən mi açırsan? Fidanla, ancaq telefonla əlaqə saxlaya bilirdik, amma dərslərin çoxluğundan heç o da alınmırdı son zamanlar. Bir yandan da danışa bilmirik deyə məndə qısqanclıq baş qaldırırdı. Qruplarında oğlan çox idi. Özü də oğlanların da arası yaxşı idi onunla. Düzdür, ona güvənirdim, lakin bəzən güvənmək də bəs etmir. Mən adicə öz qrupumuzdakı qızlara, ancaq  salam verirəm, o qədər. Nəyimə lazımdılar axı? Nə olsun 4 il bir yerdə oxuyacaqdıq?

Bəzən hər şey susur sanki içində. Ən pisi də susan hislərindirsə... Elə bir boşluqdur ki, bu heç kimə qarşı heç nə hiss etmirsən. Sanki hər kəs yadlaşır sənə, sanki heç bu insanları tanımırsan, tanımamısan. Artıq son zamanlar Fidana qarşı da soyuqluq yaranmışdı məndə. Lakin bacardığım qədər bunu ona bildirməməyə çalışırdım. İstəmirdim üzülsün. Arada boş zamanlarımız olanda Fidan zəng edirdi , lakin mən hər dəfə nəyisə bəhanə edərək danışmırdım. Bir gün Fidan görüşək dedi. Bu dəfə gördüm yox, artıq bəhanələr tükənir, görüşü istəməyimə rəğmən qəbul etdim.

-  Canım, necə də darıxmışdım. (Fidan boynuma sarılaraq) Necəsən?

-  Yaxşıyam, sən?

-  Sən yanımdasansa mən necə pis ola bilərəm ki?

-  Mən də eynilə sənin kimi . Amma əslində Fidana yalan dedim.

O boşluq məni düşündürməyə vadar edirdi  və bunun nəticəsində əlimlə onun əllərini boynumdan salaraq;

-  Yaxşı, camaat baxır.

-  Nolub ki? Kefin yoxdur elə bil?

-  Yox, hər şey yaxşıdır.

-  Yox, mən səni yaxşı tanıyıram, danış.

-  Fidan, dedim axı heç nə olmayıb.

-  Artıq adımla çağırırsan məni? Canıma nə oldu?

-  Bilmirəm.

-  Aydın, mən sırf səni görmək üçün evdə yalan deyib çıxdım. Bu vaxta qədər mən heç vaxt anama yalan deməmişdim. Sən özündə deyilsən, bu sən deyilsən. Gedirəm mən!

-  Get...

-  Bax gedirəmaa...

-  Get...

Və o getdi.. Bir müddət görüşmədik, danışmadıq. Tamamilə soyumuşdum ondan. Köhnə şəkillərinə baxanda mənə çox kifir gəlirdi. Düşünürdüm ki, mən onu necə sevmişəm? Bilmirəm, bəlkə Fidan haqlı idi. Bu mən deyildim, bu başqası idi. Bəlkə cismim var ola bilərdi, amma ruhum itmişdi sanki. Buna bəlkə də özün-özlüyündə itmək deyirlər bilmirəm... Ya da sadəcə itmək...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!