Axtaracaqsan Meni...

Axtaracaqsan Meni...
Sevgi Dünyası
10.09.2017 22
Gedirəm, mənə elə baxma, gedirəm. Əlvida deyib gedirəm. Səndən ayrılmaq istəməsəm də, həmişəlik gedirəm. Heç istəməsəm də gedirəm.
Zamanı əvvələ döndərmək olsa getmərəm. Əllərindən tutsam, boynuna sarılsam, hər şey qayıtsa, getmərəm. Sevgimizi saxlamağa gücüm çatsa, heç vaxt getmərəm, qovsanda, acılasan da getmərəm.
Bilsəm itirdiklərim tapılar, qayıdaram, getmərəm.

Gedirəm, gözü yaşlı, çiynimdə həsrət yükü, ürəyim sevgiylə dolu gedirəm. Sənin istəyinlə səni sevmişdim,indi də istəyinlə gedirəm. İstəməsəmdə, çox çətin olsa da, gedirəm.
Elə bil ayrılığa yox, ölümə səmt gedirəm. İşıqdan, qaranlığa gedirəm. Qaranlıqdan qorxduğumu bilə-bilə məni işıqsız bir yerə göndərirsən. SƏNSİZ qala bilməyəcəyimi bilə-bilə.Nə tez dəyişdin? Hansı qasırğa qəlbinə girib onu buza döndərdi? Hansı külək tufana girib onun səmtini

Özümü günahkar hiss edirəm: səni çox sevdim, sənsizlikdən çox qorxdum. Ürəyimə gələnlər başıma gəldi.
Gedirəm, mənə elə baxma. Soyuq-soyuq, mənasız-mənasız sənin bu baxışlarını görməməkçün gedirəm.. Ürəyimdə sevgimizi qorumaqçün gedirəm.
Sənə son sözümü deyib gedirəm, axtaracaqsan məni. Həmişə axtaracaqsan....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!