Mənim sevgim sən idin ...

Mənim sevgim sən idin ...
Sevgi Dünyası
10.09.2017 11
Ən sevdiyim musiqini dinləyirəm ürəyimin döyüntüsüylə birlikdə.
Kəlimələr azlıq təşkil edir heç qəlbimdəkiləri dilə gətirməyə yetərmi ?
Sən sadəcə mənim arzumsan, xoşbəxtliyim və xoş günlərimi mənə bəxş edənsən.
Səni düşünərkən nə qədər qəlbim acısa da simamda xoş bir təbəssüm yaranır.
Bilirsən nə düşünürəm bu dünyada qovuşmağımız mümkün
olmasa da bəlkə bəlkə o dünyamızda qovuşa bildik, əzizim.

Hər yağış yağanda bil ki mən də sənsiz ağlayıram.
Yağış yağarkən ağlayıram ki , yağışın altında göz yaşlarım görünməsin.
İnsanların içində yalnız hiss etdim özümü sən gəlincəyə qədər.baxışlarım
mənasız görünürdü mənə - sən həyatımda var oluncaya qədər.

Ruhum əkizini tapmamışdı səni dünyama daxil edənə qədər.
Gözlərim kor olmuşdu sanki səni görüncəyə qədər.
Qəlbim döyünmür sanmışdım səni sevincəyə qədər.
Yaşayırdım özüm üçün sənin varlığını hiss edənə qədər.

Həyatıma daxil olub aydınlatdın qaranlıq ruhumu, gizlətdin qəmimi .
kədərimi.Niyə məhkum etdin baxişlarına gözlərimi?

yoxsa itirdiyin o sevgini tapmış idin məndə?
yoxsa ruhun hiss etdi ruhumun sevincini, gülüşünü, sədasını?
Biir tək söz yetər MƏN SƏNİ SEVİRƏM.Çünki ruhumun eynisi səndədi.
Ruhumu da məftun edən sənin ruhun deyilmi sanki...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!