Bilirsənmi canımdan da əziz olduğunu?

Bilirsənmi canımdan da əziz olduğunu?
Sevgi Dünyası
10.09.2017 4
Bilirsənmi canımdan da əziz olduğunu?




Sevirdim səni.
Sevmək sözündən görəsən nə başa düşürsən?

Ürəyimdə sənə qarşı nə sevgi yığa bilmişdimsə, sənə vermişdim.
Səndən heç bir qarşılıq gözləmədən etmişdim bunu. Səni sevirdim.
Həmişə gözəl xəyllarım vardı gələcəyə dair.

Gözlərinə baxarkən səni uşaqlarımızın atası olaraq görürdüm.
Xatırlayırsanmı? Ən çox istədiyim şeylərdən biri də səhərə qədər yatmayıb sənə doyunca baxmaq idi.

Onda bəlkə də dünyanın ən rahat adamı mən olardim.

Səni sevməyimə baxmayaraq, bir gün ayrılıq deyilən o şeyin başımıza gələ biləcəyini düşünərək əlini tutardım, qorxardım həmişə.
Çətin günlərimdə əlini yanaqlarıma apararaq gözyaşlarımı silməyini xəyal edərdim.

Gözümün önündə geriyə dönüb təbəssümlə qarşılayacağımız xatirələr yaratmağa çalışardım həmişə.

Bilərsən, sənin kədərlənməyinə dözə bilməzdim.
Gülüşünə canımı belə verə bilərdim, çünki sən yalnız kitablarda qarşılaşdığımız o qəhrəmanlar qədər yaxşı ürəkli idin.
Məni özünə aid hiss etdirmişdin.
Əlimi tutarsanmı? deyə soruşduğun günü dünənmiş kimi xatırlayıram.
Mənim tək istəyim şey illər sonra eyni utancaqlıqla sənin əlini tutmaq idi.

Hər dəfə səni öpəndə eyni hissləri yaşamaq idi.
Sevmişdim səni.

Sevmək sözündən görəsən nə başa düşürəm?

Bilmirəm ayrılığın mənasını.
Çox təəssüf ki...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!