Gün gələcək, adımı unutmaq məcburiyyətində qalacaqsan

Gün gələcək, adımı unutmaq məcburiyyətində qalacaqsan
Sevgi Dünyası
10.09.2017 10
Gün gələcək, adımı unutmaq məcburiyyətində qalacaqsan

Sən, bu sətirləri məndən uzaqlarda oxuyan zaman, mən kəpənək kimi baharın zərif budaqlarından minlərlə çiçəyi ürəyimin ətəklərinə yığacam.

Bir gün Cənnətin baharlarında görüşəndə, geyinəcəyim " ağ gəlinliyi " bəzəmək üçün ən parlaq ulduzları oğurlayacağam gecənin kipriklərindən.
Sən məndən " bir ömür qədər " uzaqlarda yaşayarkən sənsizlikdə sən varmış kimi sevgini ürəyimdə saxlayacağam.
Hər gecə günahlarınla qucaqlaşıb, günəşlə birlikdə pərdələrinə gəlib sənə ilk gülümsəyən mən olacağam ... Sən məni unutsansa da,
mən səni ürəyimdə yaşadacağam.

Uzaqlarda bir yerdə yaşayıb, nəfəs aldığını ən böyük xoşbəxtliyim bilib ağrılarına dəlicəsinə yanacam.
Külə dönmüş ürəyimlə payız gecəsi yaş saçlarına yağacağam, ovuclarımda güllər ilə.
Gülüşlərini nəfəsim bilib " sənsizlikdə " də sənlə yaşayacam.
Həmişə səninlə nəfəs alacağam ..
" Sən mənə nə qədər uzaqsansa, mən sənə bir o nəfəs qədər yaxınam
Gəlməyəcəyini bilə-bilə mən hələ sevirəm səni."
 
Gün gələcək, adımı unutmaq məcburiyyətində qalacaqsan
Qaranlıq gecənin yorğun səhərində, kibrit çəkib yaşananlara,
Tək-tək yandıracaqsan, mən olan xatirələri
 
Ömür dəftərinin ən günahsız günahında.
Divarlarında asılı təqvimlərdən düşən
Bir gün kimi, yavaş-yavaş əriyəcəyəm dodaqlarında.
Səni məndən alan taleyimə,
Heç bir söz demədən
Səni içimdə yaşadacağam.
 
Çunki mən sənin
" Əvəzini ürəyinlə ödədiyin ən günahsız günahınam...."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!