Odettanın hekayəsi (Qu quşu baletindən)

Odettanın hekayəsi (Qu quşu baletindən)
Sevgi Dünyası
10.09.2017 18
Odetta  sehrkar iblis Von Rodbart tərəfindən tilsimlənmiş şəhzadədir. Qu quşuna çevrilmiş Odetta insan simasına yalnız gecələr qovuşa bilir. Onun eyni tilsimdən əziyyət çəkən çoxlu rəfiqələri var və onlar da Odettanı özlərinə şəhzadə seçmişlər. onlar birlikdə, Odetta oğurlanarkən anasının göz yaşlarından yaranmış sehrli göldə yaşamağa məcbur edilib. Tilsim yalnız Odettanı həqiqətən sevən və əbədi sevgiye sadiq qalan gənc tərəfindən qırıla bilər, lakin əgər həmin oğlan sədaqətini qoruya bilməsə tilsim bərpa olunacaq və Odetta həmişəlik qu quşuna çevriləcək.

 

Bir gün şəhzadə Ziqfred göl yaxınlığında ov edərkən təsadüfən Odettanın qu quşuna çevrilməsinin şahidi olur. O ilk baxışdan Odettanın gözəlliyinin təsiri altına düşür və ona aşiq olur. Odetta tilsim haqqında şəhzadəyə danışarkən, şəhzadə onu əbədiyyən sevəcəyinə and içir və öz sarayındakı bala dəvət edir. Onlar bütün gecəni sarayda rəqs edərək əylənərək keçirirlər və gün doğmağa başlayanda Odetta qu quşuna çevriləcəyi üçün gölə dönməli və şəhzadəni tək qoymalı olur.

Ziqfred Odettanı balda gözləyir və inanır ki, iki qəribin ona çatmasından sonra geri dönəcək. Lakin əslində Rodbart və onun qızı Odile sevgililər üçün tələ qurmuşdular. Rodbart öz qızından Ziqfredin Odettaya verdiyi sözü tuta bilməməsi üçün istifadə etmək qərarına gəlir və qızına Odettaya bənzər görünüş verir.

Ziqfred onunla rəqs edir və qəfildən pəncərənin qarşısında qu quşunu görünüşündə Odettanı görərkən rəqs etdiyi qızın başqası olduğunu anlayır. Rodbartın planı Ziqfredin Odileni Odetta hesab edərək ona məhəbbətini elan edərkən baş tutur və Rodbart bu səhnəni Odettanın həmişəlik onun gücünün təsiri altında qalacağı düşüncəsinin verdiyi sevinc hissi ilə izləyir.

Odetta kədərli şəkildə gölə qaçır. Onun ardınca gələn Ziqfred bağışlanmasını xahiş edir. Odetta bunu etsə belə heç vaxt Rodbartın tilsimindən qurtula bilməyəcəyini söyləyir. Tilsimdən qurtulmağın yeganə yolu ölüm idi və Odetta Ziqfredsiz yaşamaqdansa ölməyi üstün tutur. Rodbart gəldikdə gəldikdə Odetta özünü gölə atır və Ziqfred də onun arxasınca gedir. Sevgililərin özlərini sevgi yolunda qurban etmələrindən sonra tilsim qırılır və Odettanın rəfiqələri tilsimdən azad olur. Gün doğduğunda Odetta və Ziqfred cənnətdə peyda olurlar, sevgi onları cənnətdə birləşdirir..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!